Azərbaycan Dövlət Kukla Teatrı da özünün 92-ci teatr mövsümünə start verdi.
Bu münasibətlə kollektivin geniş tərkibli toplantısı da keçirildi.
Tədbiri sənət ocağının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə açaraq yeni mövsümün başlanması münasibətilə kollektivi təbrik etdi, hər kəsə yeni yaradıcılıq uğurları və cansağlığı arzuladı.
Məhsuldar keçən ötən mövsümdən danışan, yaradıcı heyətin uğurlarını sadalayan teatr rəhbəri bu mövsümdə də maraqlı layihə və yeni yaradıcı ideyaların realizə olunacağını, cari repertuar tamaşalarının hazırlanması ilə yanaşı, yeni mövsüm üçün nəzərdə tutulan təşəbbüslərin anonsunu da verdi.
Teatrların məzuniyyəti müddətində də kuklaçıların səyyar tamaşalar, mədəni-sosial layihələrdə, böyük maraqla iştirak etdiklərini də xatırlatdı.
Avqust ayında işğaldan azad olunmuş Laçında keçirilən “Laçın Şəhər Günü” tədbirləri çərçivəsində teatrın və teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının tamaşa-konsertlə çıxış etdiyini və maraqla qarşılandıqlarını dedi.
Görüşdə həmçinin Ulu öndər Heydər Əliyevin 100 illik, peşəkar milli teatrımızın 150 illik yubileyi ilə əlaqədar olaraq ilin sonunadək görüləcək işlərə nəzər salındı, yeni mövsümün başlanma tarixi elan olundu.
Direktor bildirdi ki, teatr özünün yeni mövsümünə sentyabrın 15-də - Bilik günündə start verəcək. Həmin gün balacalar teatrın yepyeni səhnə nümunəsini – “Melisa” adlı (rejissor S. Haqverdiyeva) maraqlı tamaşanı izləyəcəklər.
Ilin sonunadək daha iki tamaşanın hazırlanacağını da deyən R. Əhmədzadə kollektivə beynəlxalq festivallara dəvətlər ilə bağlı ünvanlanan çoxsaylı məktublar barəsində də məlumat verdi.
Tamaşaların hazırlanması, teatrın saxlanması üçün mövcud bazar qiymətlərinin nəzərə alaraq bilet qiymətini 5 manat müəyyən edildiyini və artıq sentyabr ayından etibarən bilet satışının İticket vasitəsilə olunduğunu da diqqətə çatdırdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.