İdarə Heyətinin sədri Şahin Seyidzadə Ər-Riyad şəhərində UNESCO Ümumdünya İrs Komitəsinin Genişləndirilmiş 45-ci Sessiyasında iştirak edir.
10-25 sentyabr tarixlərində Səudiyyət Ərəbistanı Krallığının Ər-Riyad şəhərində UNESCO Ümumdünya İrs Komitəsinin Genişləndirilmiş 45-ci Sessiyası keçirilir.
Sessiya çərçivəsində 1972-ci il Mədəni və Təbii İrsin Qorunması üzrə UNESCO Konvensiyasının effektiv icrası, irs abidələrinin mühafizəsi və digər cari məsələlər müzakirə olunur.
Səfər çərçivəsində "İçərişəhər" Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə Mədəni Mülkiyyətlərin Qorunması və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (İCCROM) Baş direktoru cənab Vebber Ndoro ilə iş görüşməsini keçirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.