“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun Muzey Mərkəzinin fondlarından fotoların, foto və şüşə neqativlərin təmizlənməsi, bərpası və rəqəmsallaşdırılmasl üzrə nəzəri-praktiki seminar başlamışdır.
“Fotolarda canlanan tarix” adlı layihə Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyinin “Mədəniyyətin qorunması” proqramı çərçivəsində elan etdiyi müsabiqədən Muzey Mərkəzinin qalib gəlməyindən başlanmışdır. Bu layihə çərçivəsində Azərbaycanda ilk dəfə olaraq “İçərişəhər” Muzey Mərkəzinin fondundan XIX əsrin sonlarına, XX əsrin əvvəllərinə aid nadir fotoların və şüşə neqativlərin təmizlənməsi, bərpası və rəqəmsallaşdırılaraq elektron bazaya daxil edilməsi nəzərdə tutulur. Bərpa prosesi üçün Muzey Mərkəzi tərəfindən xüsusi avadanlıq alınmışdır, nadir fotoların bərpası üzrə Gürcüstan Milli Muzeyinin ekspertləri dəvət edilmişdir.
Seminar zamanı muzey və foto aləmində Azərbaycanda ilk dəfə olaraq foto artefaktların bərpası haqqında ətraflı əyani təqdimat göstəriləcəkdir və iştirakçılara fond nümunələri əsasında bərpa prosesi nümayiş olunacaqdır. Fonddakı foto-neqativləri arasında Bakının, Abşeron və Qarabağın abidələrinə aid unikal foto nüsxələr mühafizə edilməkdədir.
Seminar “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Gürcüstan Milli Muzeyinin ekspert və Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.