AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli və Beynəlxalq Muğam müsabiqələrinin qaliblərinə pul mükafatları verilməyib

  • + A
  • - A
  • 27-09-2023, 08:31

    Milli və Beynəlxalq Muğam müsabiqələrinin  qaliblərinə pul mükafatları verilməyib

    Milli və Beynəlxalq Muğam müsabiqələrinin başa çatmasından xeyli müddət keçməsinə baxmayaraq hələ də qaliblərin pul mükafatları verilməyib.

    Milli Muğam Müsabiqəsi üzrə mükafat:
    I yer: 7000 manat
    II yer: 5000 manat
    III yer: 3000 manat

    Beynəlxalq Muğam Müsabiqəsi üzrə mükafat:
    Qran-pri:20 000 avro
    I yer: 15 000 avro
    II yer: 10 000 avro
    III yer: 5000 avro

    Azadmedia.az xatırladır ki, Milli Muğam Müsabiqəsi aprel ayında, Beynəlxalq Muğam Müsabiqəsi isə iyun ayında keçirilib.

    Milli Muğam Müsabiqəsində xanəndəlik üzrə birinci yerə Mirəli Sarızadə layiq görülüb. Xəyal Hüseynov 2-ci, Zümrüd Məmmədova və Daşqın Kürçaylı isə 3-cü yerləri tutublar. İnstrumental ifaçılıq kateqoriyasında isə birinci yerə Vaqif Təhməzov, 2-ci yerə Cahandar Mikayılov, 3-cü yerlərə isə Bayraməli Əliyev və Soltan Nadirov layiq görülüblər. (Cəmi: 36 000 manat)

    Beynəlxalq Muğam Müsabiqəsində Qran-pri mükafatına Vaqif Təhməzov (Azərbaycan) layiq görülüb. Bu kateqoriya üzrə 1-ci yeri Anar Vəlizadə (Azərbaycan), 2-ci yeri Shoxijohan Yoriev (Özbəkistan), 3-cü yeri isə Cahandar Mikayılov (Azərbaycan) qazanıb. (Cəmi: 50 000 avro)

    Toplam 36 000 manat və 50 000 avro Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi üçün elə də böyük məbləğ deyil. Buna görə, pulu gecikdirmək, qaliblərin sevincini ürəyində qoymaq mədəniyyətə xidmət deyil.
    Mövzuya qayıdacağıq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR