"CinemaPlus” premium kinoteatrlar şəbəkəsində oktyabrın 5-dən etibarən məşhur "Parazitlər” filminin yaradıcısı "CJ studio”nun istehsal etdiyi "Ay” Cənubi Koreya fantastik trillerinin nümayişi baş tutacaq.
"Ay” sözün əsl mənasında, Hollivud filmləri səviyyəsində çəkilib.
Film "Qravitasiya”, "Marslı” və "Apollon 13” kimi kosmik fantastikaları xatırladır.
Bu dram kosmos və fəlakət filmlərinin pərəstişkarlarını baş qəhrəmanlarla birlikdə iki saat ərzində təlaş içində saxlayacaq.
Filmin rejissoru Kim Yonq-hva baş qəhrəmanın evdən on minlərlə kilometr uzaqda olması barədə fikirlərini bölüşüb: "Mən təkcə texniki mükəmməlliyi nümayiş etdirməyən, həm də emosional dərinliyi olan bir film yaratmaq istədim. İnanıram ki, Koreya kinosu digər kosmos mövzulu filmlərdən fərqlənmək üçün kifayət qədər inkişaf edib”.
Filmdə baş rollara Sol Kyunq-qu, To Kyunq-soo, Kim Hee-ae və başqaları çəkilib.
Süjet xəttinə gəlincə, hadisələr 2029-cu ildə cərəyan edir.
Cənubi Koreya Aya üç astronavt göndərir, lakin Günəşdə partlamalar kosmik gəminin qəzaya uğramasına səbəb olur.
Yalnız bir ekipaj üzvü Ayın qaranlıq tərəfinə məcburi eniş edərək, sağ qalır. İndi NASA-nın bütün qüvvələri və Yer kürəsinin ən yaxşı mütəxəssisləri onun həyatını xilas etməyə çalışır.
Qeyd edək ki, "Ay” filmi "CinemaPlus” kinoteatrında ilk dəfə olaraq orijinal dublyajda Koreya dilində (Azərbaycan dilində altyazı ilə), eləcə də rus dilində (Azərbaycan dilində altyazı ilə) nümayiş olunacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.