AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda "Yaşanılabilən və Dayanıqlı İrs Şəhərləri" adlı beynəlxalq konfrans öz işinə başladı

  • + A
  • - A
  • 10-10-2023, 09:28

    Bakıda "Yaşanılabilən və Dayanıqlı İrs Şəhərləri" adlı beynəlxalq konfrans öz işinə başladı

    Bakıda "Yaşanılabilən və Dayanıqlı İrs Şəhərləri" adlı beynəlxalq konfrans öz işinə başladı.
    Azadmedia.az xəbər verir ki, konfransda Türk Dövlətləri Təşkilatının rəhbərləri, Türk dövlətlərindən tarixi şəhər və qoruqlarının rəhbərləri, ekspertləri və İdarənin tərəfdaşlıq etdiyi beynəlxalq təşkilatların nümayəndələri, eləcə də mətbuat nümayəndələri iştirak edir.
    "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə və Türk Dövlətləri Təşkilatı (TDT) Baş Katibinin müavini Sədi Cəfərov Konfrans iştirakçılarını salamlayaraq konfransın işinə uğurlar arzulayıblar.
    Konfransın açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa üzrə nümayəndəliyi, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və digər qurumların rəhbər şəxsləri iştirak ediblər.
    "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatı ilə birlikdə keçirilən Konfrans 13 oktyabr 2023-cü il tarixinə kimi davam edəcək.
    Konfransın təfərrüatları ilə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəsmi sosial hesablarından tanış ola bilərsiniz.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR