Türk Dövlətləri Təşkilatının Türk Abidə Menecerləri Şəbəkəsinin təsis edilməsinə dair “Bakı Bəyannaməsi” bu gün "YaşanılabilənvəDayanıqlıİrsŞəhərləri" mövzusunda beynəlxalq konfrans çərçivəsində imzalanıb.
Şəbəkənin təsis edilməsi 11 noyabr 2022-ci il tarixində Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatının IX ZirvəGörüşü zamanı təklif olunmuşdur. Təklif yekdilliklə qəbul edilmiş və Sammitin Yekun Bəyannaməsinə daxil edilmişdir.
Şəbəkənin yaradılmasında əsas məqsəd Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi statusunda olan dövlətlərin tarixi şəhər və qoruqlar arasında mədəni irsin qorunması, bərpası, birgə təşviqi sahəsində əməkdaşlığın genişləndirilməsidir.
“Yaşanılabilən və Dayanıqlı İrs Şəhərləri” beynəlxalq konfransı "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Türk Dövlətləri Təşkilatı ilə birlikdə keçirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.