Reper Ramil Nabran açıqlaması ilə gündəmə gəlib.
“Gün işığı” verlişində qonaq olan reper digər qonaq - aktyor Məcid Hüseynova irad bildirib: “Çox xahiş edirəm, kobud anlamayasınız. Komediyalarınızın daxilinə intellektuallıq salın. Xalq deyib-gülməyi xoşlayır. Amma bir az da təkamülləşdirin”.
Ramil yerli filmləri tənqid edərək, fikirlərini belə davam etdirib: “Azərbaycanda cəmiyyətimizin qabağına nə qoyurlar? Ya həddən artıq kədərli, dramatik, ya da ki, həddən artıq gülməli”.
Aktyor Məcid Hüseynov iradla razılaşaraq, yeni filmdə də yumorlarının intellectual olduğunu deyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.