AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Baş Komandanım!

  • + A
  • - A
  • 7-11-2023, 08:14

    Baş Komandanım!

    Adınla bağlıdır böyük zəfərin,
    Tarixə həkk olur hər bir səfərin,
    Qarabağ söyləyən hər bir nəfərin,
    Vuran ürəyisən, Baş Komandanım!

    Qılıncdan itidir sözü, cümləsi,
    Düşmənə güllədir hər bir kəlməsi,
    Sözün düzülüşü, sözün gəlməsi,
    Natiqlər natiqi, Baş Komandanım!

    Parlaq savadınla, yüksək əqlinlə,
    Göstərdin dünyaya kim olduğunu!
    Öndər davamçısı, Öndər oğlusan,
    Ucadan ucasan, Baş Komandanım!

    Qartal vüqarlısan, dağ əzəmətli,
    Səviyyən üstündür, adın hörmətli,
    Böyük ürəyin var, çox mərhəmətli,
    Elin dayağısan, Baş Komandanım!

    Dediyin hər kəlmə, ləldi, gövhərdi,
    Sizi dinlədikcə qəlbim kövrəldi,
    Etdiyin hər çıxış böyük əsərdi,
    Əsrimin əsəri, Baş Komandanım!

    Yeni tarix yazdın cəsarətinlə,
    Hünərin, iradən, ədalətinlə,
    Xalqın sevgisiylə, sədaqətiylə,
    Dəyişdir dünyanı, Baş Komandanım!

    Ulu öndərimin yadigarısan,
    Milli sərvətisən, zəngin varısan,
    Xalqının dayağı, xalqın yarısan,
    Uca dağ cüssəli, Baş Komandanım!
    Vüsalə Abasova,
    Filoloq


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR