Noyabrın 30-da Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP28) 28-ci Tərəflər Konfransının açılışı olub. Azərbaycan pavilyonu ilk dəfə COP28 sərgisində təqdim olunub.
Dekabrın 12-dək davam edəcək COP28 çərçivəsində Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkil etdiyi Milli Pavilyon “İqlimə davamlılıq üçün davamlı həllər” mövzusunu əhatə edir.
İnteraktiv pavilyonda Azərbaycanın iqlim dəyişikliyi siyasəti, Azərbaycan hökumətinin istixana qazlarının tullantılarının azaldılması istiqamətində həyata keçirdiyi tədbirlər və bu sahədə həyata keçirilən digər layihələr haqqında məlumat verilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.