AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Muzey əməkdaşı Beynəlxalq Konqresdə məruzə etmişdir

  • + A
  • - A
  • 13-01-2024, 17:03

    Muzey əməkdaşı Beynəlxalq Konqresdə məruzə etmişdir

    12 yanvar 2024-cü ildə Milli Azərbaycan Tarixi Muzeyinin “Fondların uçotu və elmi təsnifatı” şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Aygün Məmmədova Sosial, Humanitar, Inzibati və Təhsil Elmləri üzrə Beynəlxalq Türk Dünyası Konqresində (Uluslararasi Türk Dünyasi Sosyal, Beşeri, İdari ve Eğitim Bilimleri Kongresi) məruzə etmişdir.
    BZT Turan Academy (təşkilatçılar: BZT Turan Akademiyasının Azərbaycan üzrə təmsilçisi Niyaməddin Şükürov, AMEA elmi işçisi, BZT Turan Akademiyasının Orta Asiya və Qafqaz təmsilçisi Fərahilə Babayeva-Şükürova, BZT Turan Akademiyasının Türkiyə təmsilçisi Baha Ahmet Yılmaz) və Azərbaycan Dövlət İqtisad Universitetinin (TUDİFAK dekanı, Prof., Dr. Mehmet Yüce) təşkilatçılığı ilə 3 gün davam edəcək Konqresdə 21 ölkə məruzəçiləri iştirak edəcəklər.
    T.ü.f.d. Aygün Məmmədovanın “Tarixə nəzər: Xankəndi Diyarşünaslıq Muzeyinə təhvil verilən numizmatik tapıntılar” mövzusunda məruzəsində ötən əsrdə Xankəndi Diyarşünaslıq Muzeyinə təhvil verilən yerli və xarici sikkələr (antik dövrdən XIX əsrin sonunadək) haqqında ətraflı məlumat verilmiş, belə tapıntıların tarixi və sosial-iqtisadi önəmi vurğulanmış, işğaldan azad edilən ərazilərdə muzey işi ilə əlaqədar məsələlərə diqqət yetirilmişdir.
    Beynəlxalq Konqres materiallarının nəşri nəzərdə tutulmuşdur.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR