AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ə.Ələkbərli: “Təşəbbüs qrupunun yaradılması tarixi zərurətdən irəli gəlir”

  • + A
  • - A
  • 4-11-2024, 11:52

    Ə.Ələkbərli: “Təşəbbüs qrupunun yaradılması tarixi zərurətdən irəli gəlir”

    “Son hadisələr göstərir ki, Ermənistan qətiyyən öz fikrindən dönmək niyyətində deyil . Beynəlxalq havadarlarının köməyi ilə soydaşlarımızın qayıdış hüququnu gözardı edirlər”


    Bu fikirləri AzadMedia.az-a açıqlamasında Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərli deyib

    Onun sözlərinə görə, könüllü şəkildə Xankəndidən gedən ermənilərin qayıdış məsələsini beynəlxalq tribunalara qaldırırlar və bunu Azərbaycana qarşı təhdid vasitəsinə çevirirlər:

    “Belə olan təqdirdə Qərbi Azərbaycan İcması bütün mümkün vasitələrə əl atmalıdır və buna məcburdur. Yeni formalaşmış vıı çağırış Milli Məclisdə Qərbi Azərbaycana qayıdışla bağlı Təşəbbüs Qrupunun yaradılması tarixi zərurətdən irəli gəlir . Ötən vı çağırış parlamentdə Qərbi Azərbaycan məsələsini ictimai dinləmələrə cixardıq. Hesab edirəm ki, bu istiqamətdə işlərimizi davam etdirməliyik”

    Əziz Ələkbərli deyir ki, qrupun yaradılması bizim qayıdış hüququmuzun beynəlxalq müstəviyə cixarılması üçün yeni imkanlar yaradır:

    “Bildiyiniz kimi, Milli Məclisdə 100 dən artıq ölkənin işçi qrupu fəaliyyət göstərir. İşçi qrupunun üzvlərinin bəziləri Qərbi Azərbaycan İcmasının üzvləridir. Biz həmin üzvlər vasitəsilə xarici ölkələrin parlamentlərinə Qərbi Azərbaycana qayıdışla bağlı məsələlərin çatdırılmasını edəcəyik. Təbii ki bizim qarşılıqlı səfərlərimiz olur. Bu səfərlər zamanı maksimum dərəcədə Qərbi Azərbaycana qaydış məsələsini gündəmə gətiririk”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR