AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İrana sanksiyaların ləğvinə dəstək artır: Artıq 35 ölkə birgə bəyanata qoşulub

  • + A
  • - A
  • Bu gün, 21:26

    İrana sanksiyaların ləğvinə dəstək artır: Artıq 35 ölkə birgə bəyanata qoşulub

    İran ilə ABŞ arasında imzalanması gözlənilən qarşılıqlı anlaşma sazişindən sonra Tehrana qarşı sanksiyaların yumşaldılması təşəbbüsünə dəstək verən ölkələrin sayı 35-ə çatıb.

    Böyük Britaniya hökumətinin mətbuat xidmətinin yaydığı məlumata görə, əvvəlcə Fransa, İtaliya, Böyük Britaniya və Almaniyanın irəli sürdüyü birgə bəyanata daha 31 ölkə qoşulub.

    Bəyanatda vurğulanır ki, sanksiyaların ləğvi yalnız İranın nüvə proqramı ilə bağlı məsələlərin həlli istiqamətində aydın və etibarlı addımlar atacağı təqdirdə mümkün olacaq.

    Sənədə qoşulan ölkələr arasında Yaponiya, Kanada, Avstraliya, Belçika, Bolqarıstan, Kipr, Dominikan Respublikası, Estoniya, Finlandiya, Yunanıstan, Latviya, Polşa, Portuqaliya, Albaniya, Macarıstan, Danimarka, İslandiya, Litva, Malta, Moldova, Niderland, Şimali Makedoniya, Norveç, Rumıniya, İspaniya, Komor adaları, Xorvatiya, Çexiya, Monteneqro, İsveç, Trinidad və Tobaqo da yer alır.

    Londonun açıqlamasında qeyd olunur ki, adıçəkilən ölkələr İranın zənginləşdirilmiş uran ehtiyatlarının məhv edilməsi məsələsində ABŞ, İran və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) ilə əməkdaşlıq etməyə hazır olduqlarını bildiriblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR