Gürcüstan Azərbaycandan avtomobil yanacağı və sürtkü materiallarının idxalını artırmaqda davam edir.
Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına görə, 2026-cı ilin ilk beş ayında ölkə Azərbaycandan 181,8 milyon dollar dəyərində yanacaq və sürtkü materialı alıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28 faiz çoxdur.
Təkcə may ayında Azərbaycandan idxalın həcmi 28,3 milyon dollar təşkil edib ki, bu da illik müqayisədə 53 faiz artım deməkdir. Bununla da Azərbaycan Rusiyadan sonra Gürcüstanın ikinci ən böyük yanacaq təchizatçısı olub.
Hesabat dövründə Gürcüstanın xaricdən aldığı yanacaq və sürtkü materiallarının ümumi dəyəri isə 1 milyard 130 milyon dollara çatıb. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 45 faiz yüksəkdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.