ABŞ İranla əldə olunan ilkin razılaşma çərçivəsində İranın dondurulmuş 12 milyard dollar məbləğində aktivini azad edəcək.
Bu barədə İran Mərkəzi Bankının rəhbəri Əbdülnasir Himməti məlumat verib.
Onun sözlərinə görə, memorandumun şərtlərinə əsasən, vəsaitlər danışıqların gedişində mərhələli şəkildə sərbəst buraxılacaq. İlk mərhələdə 12 milyard dollar ayrılacaq, qalan məbləğ isə sonrakı mərhələlərdə azad ediləcək.
Himməti bildirib ki, ayrılan vəsait əsasən dərman preparatlarının və zəruri istehlak mallarının alınmasına yönəldiləcək. İran Mərkəzi Bankı hesab edir ki, bu addım dövlət büdcəsinin digər ehtiyaclar üçün əlavə maliyyə imkanları əldə etməsinə şərait yaradacaq.
Xatırladaq ki, tərəflər Yaxın Şərqdəki münaqişənin tənzimlənməsi prosesinə başlanğıc verəcək memorandum imzalayıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.