İtaliyanın Baş naziri Corcia Meloni ABŞ Prezidenti Donald Trampla yaşanan gərginliyə baxmayaraq, Roma ilə Vaşinqton arasında münasibətlərin yenidən normal məcraya qayıdacağına ümid etdiyini bildirib.
"Qarşıdurmanı davam etdirmək niyyətində deyiləm. Hesab edirəm ki, ABŞ ilə ikitərəfli əməkdaşlığımız yenidən normal məcraya qayıtmalıdır", – deyə Meloni vurğulayıb.
Vaşinqton və Roma arasında qalmaqal Donald Trampın Meloninin onunla birgə şəkil çəkdirmək üçün guya "yalvardığını" iddia etməsindən sonra yaranıb.
Tramp İtaliyanın La7 telekanalına müsahibəsində Baş nazirin onunla birgə foto çəkdirmək üçün israr etdiyini söyləyib. ABŞ lideri bununla razılaşmaq istəmədiyini, lakin sonda "ona yazığı gəldiyi üçün" razı olduğunu iddia edib.
Corcia Meloni isə X sosial şəbəkəsində paylaşdığı açıqlamada bu iddiaları qətiyyətlə təkzib edib. O bildirib ki, nə özü, nə də İtaliya heç vaxt heç kimdən belə bir xahiş etməyib. Baş nazir eyni zamanda Trampın müttəfiqlərinə qarşı nümayiş etdirdiyi hörmətsiz münasibətdən təəccübləndiyini də qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.