AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tarixi faktlar: "Ziya Məmmədov dedi ki, Cavid Qurbanov kimi kadr yoxdur, pulu meşokla gətirir" - Video

  • + A
  • - A
  • 19-05-2017, 12:55

    Tarixi faktlar: "Ziya Məmmədov dedi ki, Cavid Qurbanov kimi kadr yoxdur, pulu meşokla gətirir" - Video

















    Zeynal Məmmədov – mən illərlə onu tanımağıma baxmayaraq, yalnız indi bilirəm ki, onun əsl adı Zeynalabdin imiş – Azərbaycan Milli Azadlıq Hərəkatının önəmli adamlarından biridir

    Ömrünün demək olar ki, gəncliyini milli yola həsr edib. Hərəkat başlayanda bir çoxları kimi onun da işi-gücü olub. Amma hər şeylərini bir kənara qoyaraq ermənilərin vəhşiliklərindən bezən millətin çağırışına gəliblər və o gəliş, bütün şüurlu və mənalı ömürlərini bu millətin yolunda şam kimi əridiblər.

    Zeynal Məmmədovu Azərbaycan Milli Azadlıq Hərəkatının tarixi "Dəmiryolçu Zeynal” kimi tanıyır. Onu hamı 1989-cu ilin avqustunda başlayan dəmiryolu tətillərindən xatırlayır. SSRİ-nin ürəyini Bakıda dayandıranda və ümumrespublika tətilləri elan edəndə, Zeynal da AXC-nin funksionerlərindən biri kimi öndə olub. O zamanın da gəncliyi onlar idi. Və onlar bu millətin, bu tarixin qarşısında heç bir dövrün gəncliyinin olmadığı kimi alnıaçıq, üzüağ çıxdılar.

    Biz Zeynalı dəmir yol tətillərində, sonra isə Şuşanın müdafiəsində görürük. Şuşanın müdafisində, Rahim Qazıyevin vurulmasında, başqa hadisələrin içərisində də Zeynal Məmmədov olub və onunla "Azadlıq Salnaməsi”ndə görüşmək istəməyimiz də bu səbəbdəndir.

    Uzun zamandır planlaşdırdığımız müsahibəni Zeynal Məmmədovun az danışan olduğu və ya heç müsahibə verməməsi səbəbindən ala bilmirdik. Amma onun danışarsa çox şey deyə biləcəyini də düşünürdük. Budur, Zeynal Məmmədov danışdı və elə danışdı ki, bu müsahibədə çox şeylər üzə çıxdı.

    Zeynalı nə müxalifət, nə də iqtidar hesab etmək mümkündür. Zeynal Azərbaycanın indi var olan və çürüməyə tərk edilən ən bədbəxt və böyük kəsiminə – üçüncü cəbhəyə mənsubdur. Ona görə də müsahibəsi hər iki tərəfin etdiklərindən kənarda qalan bir adamın təsbitləridir. Bir nəslin nisgilinin, ağrı-acılarının fəryadı kimi danışır Zeynal və sonda, sonuncu "Bütün bunlara dəyərdimi” sualıma verdiyi cavab artıq heç bir sözə və şərhə yer buraxmır: "Dəyməzdi!”

    İllər boyu aparılan mübarizənin nəticəsi, verilən bu qədər əməklərin sonu belə olmamalı idi. Amma bütün hallarda Zeynalın müsahibəsi çox maraqlı olacaq hamı üçün. Zeynal Şuşanın getməsinin dəhşətli səbəblərini açıqlayır. Onun dediyi çox şeylər var ki, ilk dəfədir eşidirəm. Şuşanın icra başçısı Mikayıl Gözəlovun, Ramiz Qəmbərovun öldürülməsi, Rahim Qazıyevin Şuşada güllələnməsi Zeynalın təqdimatında çox qəti səslənir: "Şuşanı müdafiə etmək istəyən, Şuşanı qoruyan hər kəs öldürülürdü!” Elə də olub! Sonrakı hadisələr də göstərdi ki, Şuşanı qorumaq istəyən hər kəs ya yoldan götürülüb, təmizlənib, ya da ləkələnib – həm də Şuşanın satılması iddiası ilə! Bu, dəhşətlidir! Bu Vətənin balalarının başına açılan bir iblis oyunudur bu!

    Şuşanın təslim edilməsindən çox-çox əvvəldən Şuşanın veriləcəyini xeyli adam bilib. Hətta Şuşanın öldürülən Mikayıl Gözəlovdan sonrakı icra başçısı Nizami Bəhmənovun xeyli əvvəl Şuşanı müdafiə edən döyüş batalyonlarının rəhbərlərinə paketdə xeyli pul payladığını və Şuşadan gedib istirahət etmələrini danışır Zeynal Məmmədov. Ramiz Qəmbərov Nizami Bəhmənovun pulunu almır və "siz Şuşanı təslim etmək istəyirsiniz, bunu görməyəcəksiniz” deyir. Nizami Bəhmənov isə onu hədələyir və çox keçmir ki, Ramiz Qəmbərov öldürülür.

    Elə bil bu millətin içində özündən böyük bir düşmən qrupu işləyib.

    Hamının Şuşanın getdiyini, gedəcəyini bildiyi halda, niyə addım atılmayıb? Niyə Şuşanın verilməsində əli olan adamların, zabitlərin hamısı sonradan çox ciddi vəzifələrə irəli çəkib? Nədir bu mənhus tale?!

    Zeynal Məmmədovla hərəkatdaxili münaqişələrdən, sabiq nəqliyyat naziri Ziya Məmmədovla onun möhtəşəm müavini Cavid Qurbanova qədər çox şeydən danışmışıq. Artıq Ziya Məmmədov da tarixdir və Zeynal Məmmədovun onun haqqında dedikləri bu qaranlıq adam haqqında bir nəbzə bəzi şeyləri bəlkə yaddaşlarda yeniləyə.

    Beləliklə, "Azadlıq Salnaməsi”nin 14-cü qonağı "Dəmiryolçu Zeynal”dır. İndi Zeynal Məmmədov danışır…

    Zeynal Məmmədov I hissədə nə dedi:

    – Hərəkata qədər 16 il dəmir yolunda işləmişəm

    – Ziya Məmmədovla yaxın dost olmuşuq

    – Dəmir yolunda nə satılıbsa, Nazirlər Kabinetinin tapşırığı ilə satılıb

    – Ziya Məmmədov icraçı adam olub

    – Cavid Qurbanovu Heydər Əliyev işdən çıxarmışdı, onun xahişi üçün Ziya Məmmədovun yanına getdim

    – Ziya Məmmədov dedi ki, birdən Cavid Qurbanova iş verərəm, sonra mənim yerimə keçər

    – Ziya Məmmədovun yanında Cavid Qurbanova qarantiya verdim

    – Yaxşı kabab, sac bişirə bilir Cavid Qurbanov

    – Ziya Məmmədov bir aydan sonra dedi ki, Cavid Qurbanov kimi kadr yoxdur, pulu meşokla gətirir

    – Cavid Qurbanov Ziya Məmmədova deyib ki, Zeynala de ki, Cavidi işə qoymaq üçün Bəylər Əyyubov zəng edib

    – Şəmsəddin Rəhimov, Teymur Eminbəyli və Daşqın Ağalarov yalvarırdılar ki, Cavidin işini düzəlt

    – Cavid Qurbanov İsgəndər Həmidov tərəfindən silah zoruyla vəzifəyə oturdulan adamdır

    – Azərbaycan Xalq Cəbhəsi əslində hakimiyyətdədir

    – Mümkün deyil ki, Meydan dağılanda adam ölməsin, sadəcə xalqdan gizlətdilər

    – Qarşımıza çıxanı, tətilin əleyhinə olanı qorxutduq, adam göndərdim üzlərinə tüpürdülər

    – Dəmir yol tətilləri 1989-cu ilin avqustunda bir həftə davam etdi

    – Bütün Azərbaycan dəmir yollarını dayandırmışdıq

    – SSRİ hərəkət edə bilmədi, Moskva dayanmışdı

    – Tətillər AXC rəhbərliyi tərəfindən Etibar Məmmədova həvalə olunmuşdu

    – Noyabr tətillərində Etibar Məmmədovu küsdürdülər

    – Tofiq Qasımov Meydanda məni təhqir etdi

    – Vəzirova dedim ki, Cəlal Əliyev akademik adamdır, onunla sənin nə işin var?

    – Heç bilmirdilər tətil nədir, məndən tələb edirdilər ki, tətili bir həftə təxirə salım… (Strateq.az)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR