AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ukrayna BMT Təhlükəsizlik Şurasında məsləhətləşmələr tələb edib

  • + A
  • - A
  • 21-02-2022, 23:05

    Ukrayna BMT Təhlükəsizlik Şurasında məsləhətləşmələr tələb edib

    Kiyev BMT Təhlükəsizlik Şurasının üzvlərinə Ukraynanın təhlükəsizliyi ilə bağlı məsləhətləşmələrin aparılması xahişi ilə müraciət edib. Azadmedia xəbər verir ki, bu barədə RİA Novosti Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kulebaya istinadən məlumat yayıb.
    O qeyd edib ki, dövlət başçısı adından BMT Təhlükəsizlik Şurasının üzvü olan dövlətlərə Budapeşt Memorandumunun 6. bəndinə əsasən Ukrayna hakimiyyəti gərginliyin azaldılması ilə bağlı təcili məsləhətləşmələr tələb edib.

    Münhen Konfransı zamanı Ukrayna Prezidenti Vladimir Zelenski Budapeşt Memorandumunun iştirakçıları arasında danışıqlara başlayacağını açıqlayıb. Əgər onlar baş tutmasa və ya bunun nəticəsində Kiyev üçün təhlükəsizlik təminatları olmasa, o zaman Ukrayna tərəfi sənədi etibarsız hesab edəcək, dövlət başçısı vurğulayıb.

    1993-cü ildə Kiyevin Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə qoşulmasından sonra Ukrayna, Rusiya Federasiyası, ABŞ və Böyük Britaniya Budapeşt Memorandumunu imzaladılar. Onun çərçivəsində Ukrayna tərəfi Sovet İttifaqının dağılmasından sonra ona miras qalmış nüvə arsenalını məhv edib. Bu baxımdan, nüvə ölkələri Ukraynanın təhlükəsizliyinə zəmanət verdi.

    Bundan əvvəl Dmitri Kuleba bildirib ki, Ukraynanın nüvə silahından imtina etməsi səhvdir. Onun sözlərinə görə, Kiyevə verilən təhlükəsizlik zəmanətləri nəticə verməyib. Bu səbəbdən Vaşinqtonun Ukraynaya “qismən” borcu var, Kuleba bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR