AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Sovetin hesabına azərbaycanlı olmuşuq" — Komitə sədrindən DAHA BİR QALMAQALLI AÇIQLAMA

  • + A
  • - A
  • 7-06-2018, 11:51

    "Sovetin hesabına azərbaycanlı olmuşuq" — Komitə sədrindən DAHA BİR QALMAQALLI AÇIQLAMA















    Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadə Azərbaycan dövlətini Sovet hökumətinin qurması barədə fikirlərinin qalmaqal yaratmasına münasibət bildirib.
    Komitə sədri açıqlamasında fikirlərinin arxasında dayandığını söyləyib:

    "Bilirsiniz, bəzi adamlar çıxışları konteksdən çıxarırlar, istədikləri cümləni ora əlavə edirlər. Ötən gün Milli Məclisin komitə iclasında çıxışlar oldu. Orada təklif olundu ki, Sovet İttifaqı dövründə olan bütün adları dəyişmək lazımdır. Mən də bildirdim ki, bütün adları dəyişmək doğru deyil. Onları seçmək lazımdır. Müsbət məsələləri saxlamaq lazımdır. Kimsə xalqına, dövlətinə xidmət edibsə, axı onun adını niyə dəyişməliyik? Bu məntiqlə biz Nəriman Nərimanovun da adını dəyişdirməliyik? Bu doğru olmaz. Yaxşı ilə pisi ayırmalıyıq. İndi məni nəyi səhv demişəm?".
    A.Rəhimzadə qeyd edib ki, Azərbaycanın formalaşmasında Sovet İttifaqının böyük rolu olub:

    "Rus İmperiyası və ya Sovet İttifaqı hakimiyyəti bizə qarşı nə qədər qəddar olsa da, ancaq Azərbaycana çox şeyi verib. Azərbaycanın təhsilini, elmini, səhiyyəsini Sovet İttifaqı yaradıb. Azərbaycanın formalaşmasında Sovet İttifaqının böyük rolu olub. Sovet İttifaqına qədər biz heç özümüzü azərbaycanlı kimi təqdim edə bilmirdik. Gah özümüzə müsəlman, gah da türk dedik. Sonra da azərbaycanlı olduq. Sovetin hesabına azərbaycanlı olmuşuq. Yəni, Sovet İttifaqı dövründə artıq özümüzə azərbaycanlı deyə bilirdik. Halbuki, ondan qabağ özümüzə gah türk, gah da müsəlman deyirdik. Nəhayət ki, azərbaycanlı olduq. Bütün dünyada belə prinsip var. Xalqın adı yerin adına görə formalaşır. Bilirsiniz, biri var etnik mənsubiyyət, bir də var xalq. Etnik mənsubiyyətə görə biz türk ola bilərik. Şəxsən mən türkəm. Ancaq burada ləzgi, avar və digər millətlərdən də var. Azərbaycandakı etnik rus və ya yəhudi də azərbaycanlı sayılır. Ancaq bütövlükdə biz xalqıq. Bu da bizim dövlətçiliyimizi təşkil edir. Çox təəssüf ki, bəziləri bunu dərk edə, qana bilmir".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR