AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əliyev Türkiyə ilə İsraili barışdıra bilər: TANAP projesinin - Gizlinləri

  • + A
  • - A
  • 14-06-2018, 12:35

    Əliyev Türkiyə ilə İsraili barışdıra bilər: TANAP projesinin - Gizlinləri















    Trans-Anadolu təbii qaz boru kəməri (TANAP) Azərbaycan təbii qazını alacaq ölkələr üçün müxtəliflik mənasını verir

    FİA.Az xəbər verir ki, Azərbaycan təbii qazını daşıyacaq boru kəməri mənbələrin şaxələndirilməsini təmin edəcək.

    Bu layihə Azərbaycan qazını alacaq ölkələr üçün müxtəliflik mənasını verir. Digər tərəfdən də qazı tədarük edən ölkənin enerji təhlükəsizliyinə mühüm töhfədir.

    Birbaşa yatırımı və kommersiya maraqlarının olmamasına baxmayaraq ABŞ mənbələrin müxtəlifliyi və enerji təhlükəsizliyinə töhfə verdiyi üçün bu layihəni dəstəkləyir.

    ANAP-ın istifadəyə verilməsi çox gözəl hadisədir. Dünyada çətinliklər yaşanarkən TANAP qlobal olaraq yaxşı bir inkişafdadır.

    Azərbaycan təbii qazını bazara çatdırması üçün də yaxşıdır. Müttəfiq və ortaqlarımızın enerji təhlükəsizliyi bizim üçün vacibdir.

    Bu kəmər vasitəsilə illik 10 milyard kubmetr Azərbaycan qazı Avropa bazarına nəql olunacaq.

    TANAP böyük bir coğrafiyada sosial rifahı artıracaq, Balkan ölkələrinin və Avropanın enerji təhlükəsizliyini təmin edəcək.

    TANAP Türkiyənin 20 vilayət, 67 rayon və 600 kəndindən keçməklə TAP boru kəmərinə birləşəcək.

    FİA.Az xəbər verir ki, iyunun 12-də Türkiyənin Əskişəhərində TANAP-ın açılışında iki müəmma diqqəti çəkdi.

    Açılışda qonaq qismində İlham Əliyevlə yanaşı Serbiya və Ukrayna prezidentlərinin iştirakı anlaşılan idi.

    Hər iki dövlət gələcəkdə TANAP-la nəql ediləcək Azərbaycan qazını Cənubi Avropa ölkələri üzərindən alacaqlar.

    Bəs bu vacib mərasimdə Gürcüstan rəsmilərindən niyə bir kimsə iştirak etmirdi? Bunu anlamaq olmadı. Boru xətti Gürcüstandan da keçir.

    Gürcüstan rəsmiləri bundan əvvəl Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən bütün boru və nəqliyyat xətlərinin açlışında iştirak ediblər.

    Əlbəttə, düşünülə bilər ki, Gürcüstan TANAP üzərindən daşınacaq qazdan almayacaq, ancaq bu layihə Gürcüstanın strateji önəmini artırır.

    İkinci müəmma TANAP-ın açılış mərasimində Küzey Kıbrıs Türk Cümhuriyyətinin prezidenti Mustafa Akıncı da iştirak edirdi.

    Məsələ burasındadır ki, TANAP Kıbrısdan keçməyəcək, əks halda bunun üçün Aralıq dənizinin dibi ilə boru xətti çəkilməli idi.

    Bu səbəbdən KKTC TANAP-dan daşınacaq qazı ala bilməyəcək. Buna baxmayaraq, KKTC lideri mərasimdə iştirak edirdi, hətta o mərasimdə çıxış edən ikinci dövlət başçısı oldu.

    Analitik Elxan Şahinoğlu feysbukda yazıb ki, İlham Əliyev Türkiyə ilə İsraili barışdırmaq üçün tarixi şans əldə edə bilər.

    İsrailin öz qazını TANAP üzərindən daşıması bölgədə Azərbaycanla Türkiyənin əhəmiyyətini daha bir az artıracaq. Bu elə İsrailin də xeyrinədir.

    İsrail hipotetik boru xətləri haqqında düşünməkdənsə və ya Türkiyənin acığına yunan Kirpi ilə danışıqlar aparmaqdansa öz qazını hazır TANAP üzərindən Avropaya çatdıra bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR