AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan-Slovakiya münasibətləri sürətlə inkişaf etməkdədir

  • + A
  • - A
  • 8-05-2024, 13:33

    Azərbaycan-Slovakiya münasibətləri sürətlə inkişaf etməkdədir

    Milli Məclisin deputatı Ceyhun Məmmədov

    Azərbaycan-Slovakiya münasibətləri hər iki respublikanın müstəqillik əldə etməsindən sonra yaranmağa başlayıb. Hazırda ikitərəfli münasibətlər sürətlə inkişaf etməkdədir.
    Azərbaycan Slovakiya münasibətlərinin inkişafı hər iki ölkə üçün əhəmiyyətlidir.
    İki ölkə arasında iqtisadi əlaqələr yüksək səviyyədə inkişaf etməyib. Düşünürəm ki, bundan sonar Azərbaycanla Slovakiya arasında siyasi əməkdaşlıqla bərabər, iqtisadi əməkdaşlıq da genişləndirilməlidir. Azərbaycan hazırda Avropanın enerji təchizatında, dolayısıyla Slovakiyanın enerji təchizatında önəmli rol oynayır. Azərbaycanın Slovakiya ilə əməkdaşlığı həm Slovakiyanın enerji təhlükəsizliyi, həm də Aİ-nin Azərbaycanla bağlı qərarları üçün əhəmiyyətlidir.
    Slovakiya Respublikasının Baş naziri Robert Fitsonla görüş zamanı cənab prezidentin də söylədiyi kimi, əməkdaşlığımızın bir əlamətdar istiqaməti də azad edilmiş torpaqlardakı görülən işlərlə bağlıdır. Belə ki, Slovakiya şirkətləri işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında fəaliyyətlərini göstərəcklər. Slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər hər birimizi, eləcə də o ərazilərə qayıdacaq olan insanlarımızı sevindirəcək.
    Düşünürəm ki, Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri, bundan sonra ikitərəfli münasibətlərimizin inkişafında böyük rol oynayacaq..


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR