AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yollarda son vəziyyət necədir?

  • + A
  • - A
  • 9-12-2016, 00:13

    Yollarda son vəziyyət necədir?

















    “Şaxtalı hava şəraiti respublikanın yüksək dağlıq və dağətəyi yollarında maşınların hərəkətində problemlər yaradır”.

    Bu barədə “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib. Qurum rəsmisi qeyd edib ki, yollarda olan bütün problemlər “Azəravtoyol”un əməkdaşları tərəfindən aradan qaldırılır.

    “Hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində heç bir problem yoxdur və yollar təmizdir. Lakin hansı maşınlar ki, yay şinlərindən istifadə edir, onlar üçün hərəkət çətin olacaq. Onlar qış şinlərindən istifadə etməlidirlər.

    Dağlıq rayon yolları və aşırım olan yerlərdə maşınların hərəkəti məsələhət bilinmir. Sürücülər alternativ yollardan istifadə etsinlər. Belə yollarda yalnız hər iki oxu işləyən maşınlardan, CİP-lərdən istifadə edə bilərlər. Digər minik maşınları, xüsusilə sovet istehsalı maşınların hərəkətində problemlər yaranır. Sürücülərə müraciət edirik ki, belə hava şəraitində sovet istehsalı maşınlardan mümkün qədər az istifadə etsinlər”.

    Anar Nəcəfli bildirib ki, sürücülər şaxtalı hava şəraitində ehtiyatlı olmalı, idarə etdikləri avtomobilləri qış rejiminə hazırlamalıdırlar. Əks halda onlar çətinliklərlə üzləşə bilərlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR