AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yediyimiz düyü deyil, qətrandır - MÜTLƏQ OXUYUN!

  • + A
  • - A
  • 18-12-2016, 10:45

    Yediyimiz düyü deyil, qətrandır - MÜTLƏQ OXUYUN!




















    Sağlam qidalanma, artıq çəkidən xilas olmaq, xroniki xəstəliklərdən qorunmaq üçün düyü ilə qidalanın. Bu məsləhəti tez-tez eşidirik. Düyünün faydaları tək bununla bitmir, gözəllik maskalarının da tərkibində onun yeri əvəzsizdir. İnternetdə kiçik bir axtarış edib, düyünün faydaları haqqında oxuyandan sonra isə adam az qala marketdəki bütün düyüləri almaq istəyir.

    Amma bu axtarış nəticəsində əldə etdiyimiz bir məlumat bizi düşünməyə vadar edir. Belə ki, düyülərin heç də hamısı bildiyimiz qayda ilə əkilib-becərilməyib. Hər gün bazara yeni-yeni adlarla daxil olan belə məhsullar sağlamlıq yox, əsl təhlükə mənbəyidir.

    Belə ki, düyülərin əksəriyyəti un və plastik materialdan hazırlanır. Un və plastik materialın qarışığından hazırlanan düyü xeyli möhkəm olur. Bu düyülər saatlarla qaynadılsa belə, dağılmır. Adi gözlə saxta düyünü fərqləndirmək, demək olar ki, mümkünsüzdür. Bir çox maddələrin saxtasını hazırlayan Çində bu üsul bir neçə ildir istifadə edilir.

    Saxta telefonlar, avtomobilin ehtiyat hissələri, elektronika bir yana, son illər bu ölkədə qidaların da saxtalaşdırılmasına başlayıblar. Saxta uşaq yeməkləri, saxta şərab, ət, əriştə, saxta yumurta, kələmdən sonra Çin indi də saxta düyü istehsalına başlayıb.

    Artıq plastik düyü hazırlanaraq ölkə bazarında satışa çıxarılıb. Xarici mətbuatın verdiyi məlumata görə, süni düyülər Çinin Tayyuan və Şensi əyalətində satılır. Süni düyü kartof, şirin kartof (batat) və plastikdən hazırlanır.

    Çinin qida mütəxəssisləri "plastik düyü”nün hazırlanma qaydasını izah ediblər. Belə ki, əvvəlcə batat və kartofdan hazırlanan məhsul düyü şəklinə salınır. Sonra isə onun üzərinə sintetik qətran əlavə edilir. Bu düyülər təbii olmadığından, bişirildikdə belə sərtliyini saxlayır. Qida mütəxəssisləri sintetik qətranın insan orqanizmi üçün çox ziyanlı olduğunu deyirlər.

    Çin restoranlar cəmiyyətinin rəsmisi deyib ki, 3 kasa "plastik düyü” yemək bir qab adi düyü yeməyə bənzəyir. Dadı da ənənəvi düyüdən fərqli olur. Ticarətçilər isə elə hesab edir ki, süni düyülər çox gəlir gətirə bilər. Çünki plastik düyülər Çin bazarında kifayət qədər satılıb.

    Çində hazırlanan saxta südlə qidalanan 300 min uşaqda böyrək problemləri yaranıb, altı uşaq isə həmin süddən içib ölmüşdü. Çinin səlahiyyətli şəxsləri dəfələrlə bu məsələyə müdaxilə etməyə çalışsa da, bunun qarşısını ala bilmirlər. Bu qalmaqal ilk dəfə 2008-ci ildə üzə çıxıb. Hakimiyyətin bu barədə məlumatı vardı, lakin 2008-ci ildə Pekin Olimpiadası keçirildiyindən, məsələ çox qabardılmadı. Lakin bu, Çin istehsalçılarının ilk fırıldağı deyil.

    Çin bu düyüləri istehsal etməklə kifayətlənmir, bir çox xarici ölkələrə də idxal edir. Düyünün becərilməsinin çətin proses olduğunu nəzərə alsaq, ölkələrin bu məhsula maraq göstərməsi istisna deyil. Bəs plastik düyülərin ölkə bazarına ayaq açması nə qədər realdır?

    Bunun üçün əvvəlcə ölkədə düyü istehsalı ilə bağlı məlumatlara nəzər salaq. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2000-ci ildə Azərbaycanda 4463 ha sahədə çəltik əkilirdisə, ildən-ilə bu rəqəm tədricən azalıb, 2013-cü ildə isə 2119 ha olub. Çəltik əsasən Şəki, Oğuz, Astara, Lənkəran, Masallı, Göyçay, Beyləqan, Yevlax, Ağdaş, Ucar, Zərdab rayonlarında əkilir.

    Ölkədə bu məhsulun istehsalı azalsa da, idxal artıb. 2013-cü ildə ölkəyə dən pərdəsi təmizlənməmiş 392,4 ton, dən pərdəsi təmizlənmiş 6258.6 ton düyü idxal edilib. 2012-ci ildə Çindən ölkəmizə 2.9 ton dən pərdəsi təmizlənməmiş düyü (xam düyü) idxal edilib. 2013-cü ildə bu rəqəm 3.8 ton olub. Bir ton isə xırdalanmış düyü idxal edilib.

    Ötən il isə Azərbaycana 26638.84 ton düyü idxal edilib. Düyü idxal edilən ölkələr əsasən, Türkiyə, Hindistan, İtaliya, Pakistan, Tayland və Kambocadır. Ötən il ərzində düyü idxalına 8031.55 min manat xərcləmişik.

    Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov son illər çəltik istehsal edilən sahələrin artdığını deyir:
    "2010-cu ildə çəltik üçün əkin sahəsi 1640 ha idi. Hər hektarda 24.7 sentner düyü alırdıq, ümumilikdə məhsuldarlıq 4050 kq olurdu. 2013-cü ildə 2120 ha sahədə düyü əkilib, hər hektardan 23.3 sentner olmaqla 4950 kq məhsul əldə etmişik. Çəltik əsasən Lənkəran və Ağdaşda əkilir. Lakin bu sahədə problemlər də var. Yüksək məhsul əldə etmək üçün fermerlər müasir texnologiyadan istifadə etməlidirlər. Bunun üçün də taxılçılıqda olduğu kimi, bura da subsidiyalar ayrıla bilər. Çəltiyin toxumçuluğu ilə məşğul olan fermerlərə dövlətin kömək göstərməsini istəyirik. Ənənəvi olaraq bu işlə məşğul olan fermerlər çəltik əkmək istəyirlər. Lakin əksəriyyətinin maddi durumu yaxşı olmadığından, bu işə maraq azalır. Bunun üçün də onlara əlavə kreditlər verilə, sığorta sistemi yaradıla bilər”.
    İ.Cümşüdov yerli məhsulların keyfiyyətinin idxal ediləndən geri qalmadığını deyir. Saxta çəltik istehsalından məlumatlı olan müsahibim onların ölkəmizə gətirilməsini real hesab etmir:

    "Digər məhsullarda olduğu kimi, düyü alarkən də onun saxta yox, təbii olmasına fikir verilir. Saxta məhsulların gətirilməsini real hesab etmirəm”.

    Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ölkəmizdə bu cür düyülərin idxal edilməsindən məlumatsız olduğunu deyir:
    "Bu barədə məlumatım yoxdur. Bildiyim qədəri ilə, sarı rəngli düyülər GMO-ludur. Həmçinin təbii yetişdirilməyən məhsulların da sağlamlıq üçün zərərli olması qaçılmaz faktdır”.

    Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov isə plastik düyünün bizim bazarlara yol tapacağına inanmasa da, digər məhsullardan alınan düyülərin satışa çıxarıldığı ehtimalını istisna etmir:

    "Bəzən digər dənli bitkilər – qarğıdalı, soya üyüdülüb, xüsusi aparata vasitəsilə düyü formasına salınır. Onlar da düyü adı ilə satılır. Bu üsul Çin, Koreya kimi ölkələrdə daha çox yayılmış üsuldur. Ola bilər ki, həmin üsulla hazırlanan düyülər Azərbaycana da gətirilsin. Bunu xüsusi laboratoriya şəraitində yoxlamaq olar. Yalnız mütəxəssis gözlə baxaraq onun təbii olub-olmadığını müəyyən edə bilər. Lakin bizim də bütün satış obyektlərini gəzib baxmaq imkanımız yoxdur”.

    Rəsmilər və ekspertlər ölkəyə plastik düyülərin ölkəmizə gətirilməsini ehtimal etməsələr də, bu versiyanı birmənalı inkar etmək olmaz. Nəzərə alaq ki, adi gözlə bu düyünün saxta olub-olmamasını müəyyən etmək mümkün deyil. Son zamanlar evinizdə bişirdiyiniz düyülərin əvvəlki illərdən fərqli olaraq, ən yüksək qaynama temperaturuna belə dözümlü olması bir siqnal ola bilər. Görəsən, bu düyülər niyə belə bərk qalır?


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR