Övladınızı məktəbə qoymazdan əvvəl bunu edin — Psixoloji yaşı müəyyən edən TEST
Birinci sinifə şagird qəbulu davam edir. Demək olar ki, artıq valideynlər övladlarının birinci sinif hazırlığına başlayırlar. Nəzərə almaq lazımdır ki, bəzən məktəbdə müəllim və dərs proqramı eyni olsa da, şagirdlərin dərsdə nailiyyətləri fərqli olur. Çünki bu, birbaşa olaraq şagirdlərin psixoloji və pedaqoji yaşı ilə bağlıdır. Mütəxəssislər hesab edirlər ki, valideynlər övladlarını məktəbə yazdırmazdan əvvəl mütləq şəkildə onların psixoloji yaşını müəyyən etməlidirlər.
Azedu.az bildirir ki, psixoloji ədəbiyyatda uşağın inkişaf prosesi haqqında iki müxtəlif fikir mövcud olub.
Bunlardan birinə görə bu inkişaf prosesi fasiləsiz, digərinə görə diskret - qeyri-bərabər xarakter daşıyır. Birinci fikrə görə inkişaf dayanmadan, sürətlənmədən, ləngimədən baş verir. Ona görə də bir mərhələni digərindən fərqləndirəcək hər hansı dəqiq sərhəddi müəyyənləşdirmək mümkün deyil.
İkinci nöqteyi-nəzərə görə, inkişaf qeyri-rəvan, qeyri-bərabər şəkildə gedir. Onun sürəti gah arta, gah da azala bilir. Bu isə inkişafın keyfiyyətcə bir-birindən fərqlənən mərhələlərini, yaş dövrlərini müəyyənləşdirməyə imkan verir. Bu fikrin tərəfdarları hesab edirlər ki, hər bir mərhələdə inkişaf səviyyəsini şərtləndirən əsas, aparıcı amillər mövcuddur. Bununla yanaşı, fərdi xüsusiyyətlərindən asılı olmayaraq bütün uşaqlar inkişafın hər bir mərhələsini, onlardan heç birini buraxmadan, qabağa qaçmadan keçirlər.
Psixi inkişafın yaş dövrləri haqqında həmin konsepsiya psixoloji ədəbiyyatda özünə geniş yer tapmış və uşaqların təlim-tərbiyəsində geniş istifadə olunan konsepsiyadır.
Adətən insan bütün həyatı boyu özünün tələbatlarını ödəmək üçün bir çox fəaliyyət növlərindən istifadə edir. Lakin müəyyən yaş dövründə həmin fəaliyyət növlərindən biri digərlərinə nisbətən "əsas", "aparıcı" fəaliyyət növü hesab olunur. Əsas fəaliyyət növü uşağın müəyyən inkişaf mərhələsində onun tələbatlarını ödəyən, onun psixi proseslərinin və şəxsiyyətinin fərdi psixi xassələrinin inkişafını şərtləndirən fəaliyyət növüdür. Uşağın əsas fəaliyyət növünün dəyişməsi onun yeni yaş mərhələsinə keçməsini göstərən əsas amildir.
D.B.Elkoninə görə uşaq anadan olandan 17 yaşa qədər olan dövrdə ardıcıl olaraq aşağıdakı əsas fəaliyyət növlərindən istifadə edir və buna müvafiq olaraq yaş dövrləri müəyyənləşdirilir:
bilavasitə-emosional ünsiyyət;
əşyavi-manipulyativ fəaliyyət;
rollu oyunlar;
təlim fəaliyyəti;
intim-şəxsi ünsiyyət;
təlim-peşə fəaliyyəti.
AzEdu.az psixoloji yaşınızı müəyyən etmək test təqdim edir:
Testdəki fikirlərlə,
Tam razısınızsa - 4 bal.
Qismən razısınızsa - 3 bal.
O qədər də razı deyiləm - 2 bal.
Qəti razı deyiləm - 1 bal.
1.Məncə,gözəl yumor hissim var.
2.Mənim intuisiyam pis deyil,hər zaman da digərlərinin nə nəzərdə tutduğunu anlayıram.
3.Ümid edirəm ki, gələcəkdə məni çoxlu yaxşı şeylər gözləyir.
4.Məncə insanlara mənimlə ünsiyyət saxlamaq xoşdur.
5.İnsan mənə oxşamasa və baxışları mənim baxışlarımla üst-üstə düşməsə də o insan mənə simpatik ola bilər.
6.Mən uşaqları sevirəm.
7.Mən müxtəlif vəzifələri həll etməyi xoşlayıram.
8.Hansısa işi görəndə,onu daha yaxşı etmək üsulu tapmağa çalışıram.
9.Məni müxtəlif hadisələrin səbəbi maraqlandırır.
10.İşlə yanaşı bir çox əyləncələrim də var.
11.İstənilən dəyişiklikləri yaxşılığa doğru kimi qəbul etməyə çalışıram.
12.İşim digərlərinə xeyir gətirir.
13.Mən hərdən arzu etməyi, xoş xəyyallar qurmağı xoşlayıram.
14.Xoşladığım mahnı əhval-ruhiyyəmi qaldırır.
15.Mən yeni ideyaları böyük maraqla qarşılayıram.
16.Bir qayda olaraq çətinliklər və maneələrlə rastlaşarkən təslim olmuram.
17.Uğurlu zarafata səmimiyyətlə gülməyə hazıram.
18.Mənim sirlərimi bölüşə biləcəyim,bir nəfər də olsa yaxın dostum, tanışım var.
19.Mən fiziki fəallıqdan həzz alıram.
20.Yeni insanlarla görüşməyi xoşlayıram.
21.Mən hələ də bacara bilmədiklərimi öyrənmək istərdim.
22.Cazibəli görünməyə çalışıram,deyəsən bu məndə alınır.
23.Məni darıxdıran xoşagəlməz xırda hallara imkan yaratmıram.
24.Mənim yaşadığım zaman xoşuma gəlmir.
25.Elə düşünürəm ki,imkanlarımı göstərə biləcəyim hal olacaq.
Cavablarınıza əsasən balları toplayıb nəticələrlə tanış olun.
75 baldan yuxarı - Doğum ilindən asılı olmayaraq siz həyat qüvvəsi və özünəinamla dolusunuz. Siz ünsiyyətcil, optimist, xeyirxahsınız. Gec qocalacaqsınız. Psixoloji cəhətdən gəcsiniz.
50-75 bal - Yetkinliyə gedən yolda gəncliyin bəzi dəyərlərini qurban etməli olmusunuz. Qayğılar və ara-sıra yaşadığınız stress sizin sevinmək qabiliyyətinizi zəiflədib, amma ciddilik və cavabdehliyi öyrədib. Siz "orta" yaşlısınız. Ancaq sizə bir qədər gümrahlıq və optimizm mane olmaz.
50 baldan yuxarı - Sizin kimi insanlara adətən belə deyirlər ki, onlar çox görüblər, təcrübələri var, hər şeyin dəyərini bilirlər. Ancaq bu an tez baş verməyib ki? O qədər çox şey görmək, bilmək, yaşamaq olar ki. Siz qocalmısınız.