AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İlham Əliyev: "Ən çox xanımım Mehribanın hazırladığı yeməkləri xoşlayıram"

  • + A
  • - A
  • 6-04-2018, 10:07

    İlham Əliyev: "Ən çox xanımım Mehribanın hazırladığı yeməkləri xoşlayıram"















    "Mən gündəlik həyatımda sui-istifadə etməməyə çalışıram, hərçənd, əlbəttə, hesab edirəm ki, Azərbaycan mətbəxindən dadlı heç nə yoxdur. Düşünürəm ki, hər bir xalqın nümayəndəsi öz mətbəxini xoşlayır. Mən də istisna deyiləm. Lakin gündəlik həyatımda hər halda bir qədər uzaq durmağa çalışıram".

    Publika.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində deyib.

    İlham Əliyev Azərbaycan mətbəxindən bütün yeməkləri bəyəndiyini bildirib:

    "Azərbaycan mətbəxindən xoşladığım yeməklərə gəldikdə isə deməliyəm ki, mən bu yeməklərin praktiki olaraq hamısını xoşlayıram. Lakin ən çox xanımım Mehribanın hazırladığı yeməkləri xoşlayıram. Bu məsələdə o, yaxşı mütəxəssisdir, əlbəttə, mənə və ailəmizin bütün üzvlərinə çox sevinc bəxş edir, özünün kulinar əsərləri ilə bizi sevindirir.

    Biz, əlbəttə, bunu qiymətləndiririk və ailə üzvlərinə bu cür qayğısına görə ona çox təşəkkür edirik".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR