Xəbər verdiyimiz kimi, Bakıda fəaliyyət göstərən “Turan” klinikasının cərrah-fleboloqu İlham Məmmədovun reklamına hesablanaraq çəkilmiş video birmənalı qarşılanmayıb. Xanım pasientin müayinə masası üzərinə çıxması, donunu yuxarı qaldırması və açıq-saçıq mənzərə yaratması müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən cərrah İlham Məmmədov bunu sıradan bir müayinə adlandırıb:
“Video aşağı ətrafların dopler müayinəsi zamanı çəkilib. Sadəcə, sıradan bir müayinədir. Orada başqa heç nə yoxdur. Açığı, o videonu öz səhifəmdə paylaşmamışam. Videonu xanım paylaşmışdı, yersiz müzakirələrə səbəb olduğu üçün də sildi. Müayinə zamanı kim istəyir video çəkir. Həmin videonu da xanımın köməkçisi çəkmişdi. Xanımı tanımıram. Hər gəlib dopler müayinəsi keçənlərdən də anket doldurmuram”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.