AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Klinikalar 2-3 manata tibbi müayinə kağızı satır? – Səhiyyə Nazirliyindən açıqlama

  • + A
  • - A
  • 3-10-2018, 09:05

    Klinikalar 2-3 manata tibbi müayinə kağızı satır? – Səhiyyə Nazirliyindən açıqlama















    Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumata görə, Binə qəsəbəsində baş verən ağır qəzanı törədən 160 nömrəli avtobusun sürücüsü Elxan Şirəliyevin bundan əvvəl də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətdiyi üçün məhkumluq həyatı yaşayıb. Sonuncu hadisədən sonra tibbi müayinədən keçirilən sürücünün narkotik istifadəçisi olduğu üzə çıxıb.

    Baş verən hadisəni şərh edən yol nəqliyyat ekspertinin sözlərinə görə isə avtobus sürücüləri avtobusları dayanacağa aparmır və tibbi müyinədən keçmirlər. Tibbi müayinə kağızları isə daşıyıcı şirkətlərə 2-3 manata satılır:

    "Avtobuslar dayanacağa getmir, sürücü avtobusu öz məhəlləsində saxlayır, özü tibbi müayinədən, avtobusu da texniki baxışdan keçmir və birbaşa işə çıxır. Saat 10-11-də isə poliklinikanın əməkdaşları gəlir dayanacaqlarda tibbi müayinə kağızını 2-3 manata satır. Belə bir reallıq mövcuddur. Bu reallığı Bakı Nəqliyyat Agentliyi də bilir, Dövlət Yol Polisi də, bütün dövlət strukturları da bilir”.

    Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov bizimyol.info bildirib ki, daşıyıcı şirkətlərin əməkdaşları dövlət müəssisələri ilə müqavilə bağlamayıb.

    "Daşıyıcı şirkətlər özəl klinikalarla müqavilə bağlayıb. Odur ki şəhərdaxili müntəzəm marşrut xəttlərində hərəkət edən avtobusların sürücülərinin tibbi müayinəsi özəl klinikalar tərəfindən aparılır. Sürücülərin tibbi müayinə kağızı da həmin klinikalar tərəfindən verilir”,-deyə P.Abubəkirov bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR