AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Arif Qasımov öz fəaliyyətini dövlət başçısının yeritdiyi çevik və səmərəli inkişaf strategiyasının mahiyyətinə uyğun qurub, idarə edir - ÖZƏL

  • + A
  • - A
  • 6-09-2019, 10:21

    Arif Qasımov öz fəaliyyətini dövlət başçısının yeritdiyi çevik və səmərəli inkişaf strategiyasının mahiyyətinə uyğun qurub, idarə edir - ÖZƏL


    Nizami rayonunda 2019-2020-ci ilin payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib

    Müşavirədə Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhər təsərrüfatı şöbəsinin müdiri Ayaz Hüseynov, Bakı Şəhər İcra Hakimiyyətinin Əsaslı tikinti və təmir idarəsinin rəisi Abid Əliyev, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehralıyev, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, rayonun xidmət sahələrinin, təlim-tərbiyə və səhiyyə müəssisələrinin rəhbərləri iştirak ediblər.

    Arif Qasımov öz fəaliyyətini dövlət başçısının yeritdiyi çevik və səmərəli inkişaf strategiyasının mahiyyətinə uyğun qurub, idarə edir - ÖZƏL


    Müşavirədə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov hər il olduğu kimi, bu il də payız-qış mövsümünə hazırlığın diqqət mərkəzində saxlanıldığını, qarşıya qoyulan vəzifələrin icrası məqsədilə təxirəsalınmaz tədbirlərin həyata keçirildiyini, xidmət sahələrinin payız-qış mövsümünə hazırlıqla əlaqədar keçirdiyi monitorinqlər nəticəsində ortaya çıxan problemlərin həlli istiqamətində görüləcək işlərin təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq həyata keçiriləcəyini diqqətə çatdırıb.

    Sonra, payız-qış mövsümünə hazırlıqla əlaqədar Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının Rayon təsərrüfatı şöbəsinin müdiri Tariyel Tahirov Nizami Rayon Sukanal və “Azərişıq” ASC-nin Nizami Rayon Enerji Təchizatı və Satışı idarələri, “Azəriqaz” İstehsalat Birliyinin Nizami Rayon Qaz İstismar Xidməti, “Azəristiliktəchizat” ASC-nin 4 və 16 saylı İstilik Sistemləri, “Bakı şəhər işığı” Elektrik Şəbəkə müəssisəsinin Nizami rayon Texniki İstismarı sahələri və “Lifttəmir” İstehsalat Birliyi “Temp” Dövlət Müəssisəsi tərəfindən görülmüş işlər, eyni zamanda Mənzil Kommunal Fondunun istismar keyfiyyətinin yaxşılaşdırılması, onun qorunub saxlanılması məqsədilə həyata keçirilən tədbirlər və görüləcək işlər barədə ətraflı məlumat verib.

    Arif Qasımov öz fəaliyyətini dövlət başçısının yeritdiyi çevik və səmərəli inkişaf strategiyasının mahiyyətinə uyğun qurub, idarə edir - ÖZƏL


    T.Tahirov payız-qış mövsümünə hazırlıqla bağlı Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə təsdiq olunmuş tədbirlər planına uyğun olaraq Mənzil kommunal təsərrüfatı birliklərində tələb olunan materiallar və ləvazimatların toplandığını, maşın və mexanizmlərin təmir olunaraq saz vəziyyətə gətirildiyini, qarlı hava şəraitində rayon ərazisində olan yolların, riskli maili yolların və səkilərin qardan təmizlənməsi üçün məsul şəxslərin təyin edildiyini, yolların təmizlənməsi üçün qrafikə uyğun bölgü aparılaraq işçi qüvvələrinin müəyyənləşdirildiyini və bu payız-qış mövsümündə rayon ərazisində yerləşən yaşayış və qeyri-yaşayış binalarının daimi elektrik, qaz, istilik və su ilə təmin olunması və yaranacaq hər hansı bir problemlərin qısa vaxt ərzində aidiyyəti qurumların, rayon xidmət və təsərrüfat sahələrinin səyi və köməkliyi sayəsində aradan qaldırılması üçün bütün imkanların səfərbər ediləcəyini bildirib.

    Arif Qasımov öz fəaliyyətini dövlət başçısının yeritdiyi çevik və səmərəli inkişaf strategiyasının mahiyyətinə uyğun qurub, idarə edir - ÖZƏL


    Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhər təsərrüfatı şöbəsinin müdiri Ayaz Hüseynov, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehralıyev və Bakı Şəhər İcra Hakimiyyətinin Əsaslı tikinti və təmir idarəsinin rəisi Abid Əliyev payız-qış mövsümündə, xüsusilə qeyri-sabit hava şəraitində rayonun təsərrüfat xidmətlərinin xüsusi rejimdə çalışmasının, köməkçi, məhəllədaxili yolların, səkilərin, obyektlərin qarşısının qardan vaxtında təmizlənməsi üçün bu işlərə cavabdeh təşkilatların müəyyənləşdirilməsinin, yollarda yağıntı sularını axıdan drenaj sistemlərinin işlək, kommunal qurumların, digər idarə və təşkilatların sərəncamında olan xüsusi texnikaların saz vəziyyətdə olmasının, kifayət qədər inventar, qum və duz tədarüklərinin görülməsinin və işçilər arasında xüsusi iş qrafikinin təsdiq olunmasının, sakinlərin elektrik enerjisi, təbii qaz, su, istilik təchizatı və digər problemlərlə üzləşməməsi üçün müvafiq tədbirlərin görülməsinin vacibliyini vurğulayıblar.

    Müşavirəyə yekun vuran Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov aidiyyəti təşkilatlara 2019-2020-ci ilin payız-qış mövsümünə hazırlıqla bağlı müvafiq tapşırıqlarını verib və bir daha nəzərə çatdırıb ki, hazırlıq işləri müəyyən olunmuş qrafik üzrə aparılmalı, rayonun bütün təsərrüfat obyektlərində çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görülməli, mövcud vəziyyət təhlil edilməli və sakinlərin qış fəslində rahatlığının təmin edilməsi məqsədilə müvafiq tədbirlər yüksək səviyyədə həyata keçirilməlidir.


    Arif Qasımov öz fəaliyyətini dövlət başçısının yeritdiyi çevik və səmərəli inkişaf strategiyasının mahiyyətinə uyğun qurub, idarə edir - ÖZƏL


    Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən kiv istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırımaq istəyənlər var.

    Son günlər bir sıra arqument çatışmamazlığından əziyyət çəkən sayt və portallar, yenidən “Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov üzərinə hücuma keçmək niyyətlərini açıqca biruzə verməkdədirlər. Guya Nizami Rayonunda Binaların tikilməsi üçün qırılmış ağacları Arif Qasımov əmr edib. Bütün bu gülünc hücumlarda, qərəzli yazılarda “kənar əl”, “şeytan barmağı”, “xüsusi maraq” dərhal hiss olunur. Diqqət yetirdikdə yazılanların lətifə, qurama, şişirdilmiş olduğu tamamilə aydın olur. Burada akademik olmağa ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Yaxşı əgər obyektivlikdən söhbət gedirsə onda nədən əyriyə düz, düzə əyri deyilir? Əgər dəqiq qərəzsiz jurnalistikadan söhbət gedirsə,onda harda qaldı bu qərəzsizlik? Bu yazılanların qərəzlə ortaya çıxdığını kimsə də bilməsə şəxsən Bakuxeber.info olaraq biz bilirik. Onu da bildirək ki, uzun müddətdir xarab olmuş qramafon kimi eyni mövzunu təkrarlayan media orqanları isə hələ də bu şəxsin adından istifadə edirlər. Halbu ki, həmin çeynənmiş yazılarda göstərilən məlumatlar, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovhaqqında iftira və böhtanlarla bağlı məsələ məhkəmə predmeti də olmuş və nəticədə deyilənlərin təsdiqini tapmaması bəlli olmuşdur.

    Bakı şəhəri Nizami rayonu həmişə respublika rəhbərliyinin diqqət mərkəzində olmuşdur. Bu gün Azərbaycanın hər bir guşəsi kimi, rayonumuz da inkişafının keyfiyyətcə məhsuldar dövrünü yaşayır. Ulu öndərin hakimiyyəti illərində özünə güclü istehsal potensialı, zəngin infrastruktur formalaşdırmış rayon Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində son illərdə böyük uğurlar əldə etmiş, daha da gözəlləşmiş, müasirləşmişdir. Bütün bunlar rayonun həyatında intibah kimi dəyərləndirilə biləcək mərhələnin uğurlu başlanğıcıdır. Hazırda Nizami rayonunun hər bir sakini dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında qazanılan uğurları öz həyatında daha qabarıq hiss edir, hakimiyyətin yüksəliş və tərəqqi kursunu ürəkdən dəstəkləyir.

    Arif Qasımov öz fəaliyyətini dövlət başçısının yeritdiyi çevik və səmərəli inkişaf strategiyasının mahiyyətinə uyğun qurub, idarə edir - ÖZƏL







    Son illər rayonda həyata keçirilmiş işlər həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə miqyaslı, konkret və ünvanlıdır. Rayon icra Hakimiyyətinin başçısı Arif Qasımov üzərinə düşən məsuliyyəti düzgün qiymətləndirməklə, öz fəaliyyətini dövlət başçısının yeritdiyi çevik və səmərəli inkişaf strategiyasının mahiyyətinə uyğun qurmağa, idarəetmədə mütərəqqi prinsipləri tətbiq etməyə, qarşıda duran vəzifələri dəqiq müəyyənləşdirməklə vaxtında və düzgün icrasına nail olmağa çalışır.
    Rayonun qazandığı uğurların xülasəsini qısaca aşağıdakı kimi səciyyələndirmək mümkündür: Prezidentin tapşırıq və tövsiyələri dönmədən həyata keçirilir, abadlıq-quruculuq işlərinin miqyası daha da genişlənir, çoxşaxəli istehsal sahələri yaradılır, sosial problemlərin həlli istiqamətində arzulanan nəticələr əsasən əldə edilir, əhali ilə qarşılıqlı əlaqənin möhkəmləndirilməsi və onların qayğılarının öyrənilməsi istiqamətində əməli və təsirli tədbirlər həyata keçirilir.

    Bütün bunlar Nizami rayonunun Azərbaycanın tərəqqisini özündə aydın əks etdirən əsas ünvanlardan birinə çevrildiyini, qarşıdakı dövr ərzində isə rayonda inkişaf dinamikasının daha böyük vüsət alacağını qətiyyətlə söyləməyə əsas verir.


    Arif Qasımov öz fəaliyyətini dövlət başçısının yeritdiyi çevik və səmərəli inkişaf strategiyasının mahiyyətinə uyğun qurub, idarə edir - ÖZƏL

    Arif Qasımov öz fəaliyyətini dövlət başçısının yeritdiyi çevik və səmərəli inkişaf strategiyasının mahiyyətinə uyğun qurub, idarə edir - ÖZƏL

    Arif Qasımov öz fəaliyyətini dövlət başçısının yeritdiyi çevik və səmərəli inkişaf strategiyasının mahiyyətinə uyğun qurub, idarə edir - ÖZƏL


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR