AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vüqar müəllim Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir - ÖZƏL

  • + A
  • - A
  • 23-08-2019, 12:54

    Vüqar müəllim Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir - ÖZƏL


    Aqil insanlar haqqında hələ qədim dövrlərdən belə bir fikir formalaşmış və bu günə kimi gəlib çıxmışdır. Dillər əzbəri olan bu fikir belədir. Ağıllı adam düşdüyü çətinliklərdən hər zaman çıxış yolu tapır. Aqil adam isə ümumiyyətlə heç bir çətinliyə düşmür. Bəli, hazırkı dönəmdə belə insanlara nadir hallarda rast gəlinir. Son illərdə baş verənlərin yekununda diqqət çəkiləsi xəyli problematik situasiyalar var ki, günümüzdə dərhal həllinə çalışmalı və daha geniş miqyasda yayılmasına imkan vərilməməlidir.

    Yaşadığımız cəmiyyətdə az qala gündəlik eşitdiyimiz bir kəlmə, "hazırki nəsil cırlaşıb" kimi ifadələr eşitmə sistəmimizi az qala iflic vəziyyətinə salıb. Bəli, bu situasiya üzərində o kəslər ki, müəyyən gənəşiklər yapmaq, çıxış yollarının aramasını vacib sayırlar, bələləri alqışa layiqdirlər. İnsan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır.


    Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən kiv istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırımaq istəyənlər var.

    Son günlər bir sıra arqument çatışmamazlığından əziyyət çəkən sayt və portallar, yenidən Quba rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Vüqar müəllim üzərinə hücuma keçmək niyyətlərini açıqca biruzə verməkdədirlər. Guya "ANONS! Qubada meşə “cəlladı” hələ də vəzifə başındadır".


    Bütün bu gülünc hücumlarda, qərəzli yazılarda “kənar əl”, “şeytan barmağı”, “xüsusi maraq” dərhal hiss olunur. Diqqət yetirdikdə yazılanların lətifə, qurama, şişirdilmiş olduğu tamamilə aydın olur. Burada akademik olmağa ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Yaxşı əgər obyektivlikdən söhbət gedirsə onda nədən əyriyə düz, düzə əyri deyilir? Əgər dəqiq qərəzsiz jurnalistikadan söhbət gedirsə,onda harda qaldı bu qərəzsizlik? Bu yazılanların qərəzlə ortaya çıxdığını kimsə də bilməsə şəxsən İntertv.az olaraq biz bilirik. Onu da bildirək ki, uzun müddətdir xarab olmuş qramafon kimi eyni mövzunu təkrarlayan media orqanları isə hələ də bu şəxsin adından istifadə edirlər. Halbu ki, həmin çeynənmiş yazılarda göstərilən məlumatlar, Bakı şəhəri Quba rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Vüqar müəllim haqqında iftira və böhtanlarla bağlı məsələ məhkəmə predmeti də olmuş və nəticədə deyilənlərin təsdiqini tapmaması bəlli olmuşdur.

    İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Vüqar müəllimi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

    Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Quba rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Vüqar müəllimdir.

    Quba rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Vüqar müəllim peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
    Şərəfli vəzifəyə yiyələnən Vüqar müəllim bu işin müqəddəsliyini qoruyub saxlayır. Vüqar müəllim kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

    Sorğu apardıq ağız dolusu Vüqar müəllimdən danışdılar yaxşı ki, Vüqar müəllim Quba rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru təyin olunub… Vüqar müəllim öz isguzarlığı ilə tanınır və seçilir….

    Vüqar müəllim Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

    Heç bir qüvvə Vüqar müəllimi heç vaxt əqidəsindən döndərə bilməz.

    Vüqar müəllim böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

    Vüqar müəllim yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

    Vüqar müəllim ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

    Prezident İlham Əliyevdən nümunə götürən Vüqar müəllimin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

    Vüqar müəllim insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

    Vüqar müəllim bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Quba rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

    Ona etibar edilən bütün işlərdə Vüqar müəllim özünü doğruldub. Bizdə hörmətli Vüqar müəllimi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR