AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Araz” və “Favorit" supermarketləri birləşdi

  • + A
  • - A
  • 29-09-2017, 13:26

    “Araz” və “Favorit" supermarketləri birləşdi














    "ARAZ SUPERMARKET" və "FAVORİT MARKET" şəbəkələri birləşir.

    Ölkə əhalisinin pərakəndə ticarət sektorunda gündəlik təlabat malları ilə təminatını həyata keçirən iki supermarket şəbəkəsi birləşmək barədə qərar qəbul ediblər.

    2011-ci ildən fəaliyyətə başlayan "ARAZ SUPERMARKET" və 2008-ci ildən fəaliyyətdə olan "FAVORİT MARKET" şəbəkələri birləşərək pərakəndə sektorda birgə fəaliyyətə qərar veriblər.

    Qeyd edilir ki, sözügedən birləşmə ölkə iqtisadiyyatında bazarın bu sektorunun inkişafına xidmət etməklə yanaşı, tədarükçülərlə istehlakçılar arasında körpü rolunu oynayaraq müştəri məmnuniyyətinin, supermarket mədəniyyətinin daha da yüksəldilməsinə müsbət təsir göstərəcək.

    Sözügedən supermarket şəbəkələri dünya təcrübəsinə istinad edərək bildirirlər ki, bu cür birləşmələr pərakəndə sektorun inkişafına səbəb olur. Pərakəndə sektorun inkişafı öz növbəsində yerli istehsalın artmasında mühüm rol oynayır. Yerli istehsal sektorunun inkişafı isə ölkə iktisadiyyatının əsas təkan verici qüvvəsi hesab olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR