AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Böhran, korrupsiya, bürokratiya... İqtidar yeni strategiyasının şok dosyesi

  • + A
  • - A
  • 10-06-2017, 11:14

    Böhran, korrupsiya, bürokratiya... İqtidar yeni strategiyasının şok dosyesi

















    Qlobal miqyasda baş verən iqtisadi böhrandan Azərbaycan analoji problemlərlə üzləşən ölkələr arasında az itkilərlə çıxan dövlətdir

    Hökumətin maliyyə sabitliyinin təmini yönümündə həyata keçirdiyi tədbirlər praktik baxımdan özünü doğruldub.

    Cari ilin beş ayının sosial iqtisadi qiymətləndirməsi belə deməyə əsas verir. Əvvəlki illərdən yaradılmış möhkəm maliyyə-iqtisadi potensial hesabına ölkə iqtisadiyyatının dayanıqlığı qorunub saxlanılıb.

    Ötən dövrün pozitiv nəticələri respublika iqtisadiyyatının yalnız neft amilindən asılılığı barədə indiyədək irəli sürülən müəyyən iddiaların əsassızlığını tam sübuta yetirir.

    Uğurla həyata keçirilən şaxələndirmə tədbirləri, sahibkarlığın inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində qeyri-neft sektorunun inkişafı davam edib.

    Prezident İlham Əliyev ötən müddətdə də özəl sektorun inkişafına xüsusi diqqət yetirmişdir. Beynəlxalq təşkilatların vaxtaşırı açıqladıqları hesabatlarda Azərbaycanın müsbət yer alması ölkə iqtisadiyyatının dayanıqlı potensialını nümayiş etdirir.

    İnkişafda olan ölkələr arasında reytinqə görə Azərbaycanın ilk yerlərdən birini tutması da deyilənlərə əyani misaldır. Qeyri-neft sektorunun davamlı inkişafı, sahibkarlığa göstərilən diqqət beynəlxalq miqyasda təqdir olunur.

    Ulus.Az-ın İqtisadiyyat Şöbəsi xəbər verir ki, Azərbaycan bu gün qeyri-neft sektoruna əsaslanan iqtisadi inkişaf modelini prioritet seçib.

    Xüsusən də regionların sosial-iqtisadi inkişafı tədbirlərinin genişlənməsi ölkəmizin sənaye potensialının gücləndirilməsi zərurətini ön plana çıxarmış və bu istiqamətdə müəyyən addımlar atılıb.

    Sumqayıt Kimya Sənaye, Balaxanı, Mingəçevir və Qaradağ sənaye parklarında, Pirallahı və Mingəçevir Yüksək Texnologiyalar parklarında, Neftçala Sənaye Məhəlləsində müvafiq işlərin görülməsi davam etdirilir.

    Yerli potensial nəzərə alınmaqla digər regionlarda da sənaye parkları və məhəllələrinin yaradılması mühüm istiqamət kimi götürülüb.

    Bu gün qarşıda duran ümdə vəzifələrdən biri də ixracın həm məhsulların çeşidi, həm də coğrafiyası baxımından şaxələndirilməsidir.

    Sahibkarlara dövlət büdcəsindən ayrılan vəsaitlərin həcminin ildən-ilə artırılması, iş adamlarının fəaliyyətinə süni müdaxilələrin aradan qaldırılması, antiinhisar və korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi iş adamları tərəfindən də razılıqla qarşılanır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR