Qubadlıdan olan bir qrup məcburi köçkün evlərindən zorla çıxarılır - VİDEO
Sumqayıt şəhərində məskunlaşan bir qrup Qubadlı rayon sakini Prezident İlham Əliyevə müraciət ediblər.
AZXEBER.COM Sumqayıt şəhər 20/21-ci mkr ərazisində ev 777-də məskunlaşan məcburi köçkün ailələri Cümşüdov Yadulla Fətulla oğlu, Cümşüdova Şəkər Əyyub qızı, Ələkbərova Mələknisə Həmid qızı, Cümşüdov Vüqar Fətulla oğlu, Cümşüdov Bəhlul Fətulla oğlu və 40-a yaxın məcburi köçkün tərəfindən prezidentə ünvanlanan müraciəti tədim edir.
Hörmətli cənab Prezident, Məcburiyyət qarşısında qalıb Sizə təcili olaraq son ümidimiz kimi müraciət edirik. 1993-cü ildən Qubadlı rayonundan 40-a yaxın məcburi köçkün olaraq Sumqayıt şəhəri 20/21-ci mikrorayon ev 777-də məskunlaşmışıq. Bir qrup dələduz məmurlar, eyni zamanda Sumqayitda qanunsuz torpaq alveri ilə məşğul olan Elvin və Elçin Əhmədov qardaşları və onaa havadarlıq edən Ədliyyə Nazirliyinin yuxarı vəzifəli şəxsləri, birbaşa Sumqayıt İcra İdarəsinin rəisi Fuad Nəbiyev "cənablarının” təşkilatçılığı və himayəsi ilə vəzifə səlahiyyətlərini aşaraq, ondan sui-istifadə edərək, erməni işğalçılarının etdiyi əməlləri təkrarlayaraq 2-ci dəfə biz məzburi köçkünləri (müharibə vetereanlarını) öz torpaqlarımızdan, evimizdən çıxarırlar. Bizim üçün həmişə dahi rəhbər olan Ümummilli liderimiz Heydər Əliyev demişdir: "İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir”.
Cənab Prezident, Sizdən xahiş edirik ki, haqqımızda keçirilən silsilə məhkəmələrin qanunsuz və ədalətsiz qətnamələrinin icrasının dayandırılmasını, prosesə Sizin nəzarətinizlə yenidən araşdılmasına, Ali Məhkəmənin Plenumuna verdiyimiz şikayət məktubunun icrata qəbul olunmasına və dövlətimizin bu gərgin dönəmində bizim üçün süni şəkildə yaranmış problemimizin ədalətlə həll olunmasına köməklik göstərəsiniz
Hörmətlə: Cümşüdov Yadulla Fətulla oğlu və 40-a yaxın məcburi köçkün