Azərbaycanda məcburi köçkün dəhşətli cinayət törətdi
Goranboyda qətl hadisəsi törədilib.
APA-nın Qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qaraçinar kəndində baş verib.
Kəlbəcər rayonundan məcburi köçkün olan 1971-ci il təvəllüdlü Natiq Qafarov mübahisə zəminində daş ilə həmyerlisi 1966-cı il təvəllüdlü Mübariz Məmmədovun başına vuraraq onu qətlə yetirib.
N. Qafarov saxlanılıb. Faktla bağlı Xocalı rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.