Kərəm Həsənovun deputat qardaşının Çexiyada mülkləri - Şok sənəd/Foto
Əmlak Məsələləri üzrə Dövlət Komitəsi sədri Kərəm Həsənovun deputat qardaşı Malik Həsənovun Çexiyadakı mülkünün fotoları yayılıb
FİA.Az-ın verdiyi məlumata görə, feysbukda açılmış "Cəlilabadımız" səhifəsində komitə sədrinin millət vəkili olan qardaşına məxsus bina paylaşılıb.
Həmin mülkün sənədlərinin şəkli də yayılıb. Çexiyada ən müxtəlif sahələrdə fəaliyyət göstərən "HON Trading" şirkətinin komitə sədrinin qardaşına məxsus olduğunu təsdiqləyən reyestr çıxarışlar təqdim olunub.
Azərbaycan xalqına məxsus vəsaitlər Çexiyadakı şirkətlərdə və onların yerləşdiyi mülklərdə müxtəlif təyinatlar üzrə xərclənir.
Oliqarx kimi yaşayan M.Həsənov cəlilabadlı seçicilər tərəfindən tənqid olunub. Onlar qeyd ediblər ki, bu ölkədə kasıb deputat tapmaq mümkün deyil.
Çexiyanın Praqa və Marinask Lazne şəhərlərində bahalı malikanələrə sahiblənmiş komitə sədrinin deputat qardaşının bu pulları hardan əldə etdiyi sirr deyil – təbii ki, millət vəkilinə qadağan edilmiş biznesdən…
Reyestr xidmətində olan iri korrupsiya pulları daşınmaz əmlak sektoruna rəhbərlik edən komitə rəhbərini sürətlə varlandırıb.
Araşdırma yazısında məhz Malik Həsənovun adının keçməsi ondan xəbər verir ki, başqa deputatlardan fərqlənir. Lakin o da deyilməlidir ki, M.Həsənov təkcə qardaşının sayəsində mandat sahibi olmayıb.
Onun MTN şefi Eldar Mahmudovla əlaqələrinin olduğu barədə zaman-zaman mediada iddialar tirajlanıb. İddialara görə, o, Mahmudovun siyahısından parlamentə düşmüşdü.
FİA.Az-ın verdiyi məlumata görə, feysbukda açılmış "Cəlilabadımız" səhifəsində M.Həsənovun deputat kimi fəaliyyətsizliyi təniqd olunub.
Seçiciləri ilə görüşməyən, onların dərdinə yanmayan, problemlərini həll etməyən, başı biznesə qarışan, parlamentdə və mətbuatda çıxışları, hadisələrə münasibəti olmayan, hətta Qarabağ mövzusunda görüntü xətrinə müsahibəsi belə getməyən deputatdan ciddi narazılıq var.
Komitə sədrinin artıq bir neçə ildir ki, Çexiyada biznes strukturu formalaşdırmaq istiqamətində ciddi iş apardığını vurğulayan media K.Həsənovun yüngül və yeyinti sənayesinə daha böyük önəm verdiyini yazıb.
Komitə sədrinin mineral su və pivə istehsalına marağı daha böyükdür: “Komitə sədrinin Çexiyanın müxtəlif bölgələrində, xüsusilə də Benetiçe və Karlovı Varı şəhərlərində mineral su zavodları mövcuddur.
Bu zavodlarda istehsal edilən mineral suların bir qismi çex bazarlarına çıxarılsa da, daha böyük qismi Avropa ölkələrinə satılır.
Komitə sədri yalnız mineral su zavodlarından yüz min dollarla vəsait əldə edir ki, bu da onun Çexiyadakı sərvətinin cüzi bir hissəsini təşkil edir.
K.Həsənovun Çexiyadakı mineral su zavodlarında istehsal edilən məhsulun böyük bir qismi də məhz Azərbaycana ixrac edilir.
Komitə sədrinin Benetiçe və Karlovı Vari şəhərlərindəki mineral su zavodlarında istehsal edilən məhsulun önəmli bir qismi Azərbaycana ixrac olunur.
Bu suların Azərbaycandakı satışını həyata keçirən və rəsmi distribüteri hesab edilən ”Mattoni” də komitə sədri və ona yaxın olan adamlara məxsusdur.
Kərəm Həsənov Çexiyanın spirtli içki bazarında da müəyyən paya malikdir. Pilzen şəhərində Kərəm Həsənova məxsus nəhəng pivə zavodu fəaliyyət göstərir.
Bu zavodun istehsal etdiyi pivə yerli bazarla yanaşı, xarici bazarlarda da təmsil olunmaqdadır.
İstər əhatə etdiyi sahə, istərsə də istehsal intensivliyinə görə kifayət qədər böyük olan və komitə sədrinə milyonlarla dollar qazandıran zavodun vəziyyəti hazırda son dərəcə qənaətbəxş olsa da, mövcud durum Kərəm Həsənovu o qədər də qane etmir.
Çexiyanın spirtli içki bazarında söz sahibi olmağa qərar verən Kərəm Həsənov spirtli içki istehsalının növ və çeşidini artırmaq fikrindədir.
Hazırda bu yöndə lazımi şəxslərlə məsləhətləşmələr aparan Kərəm Həsənovun gələn ildən etibarən daha bir neçə spirtli içki zavoduna sahib olacağı gözlənilir.
Bu imkanlara malik komitə sədri və deputat qardaşları cəlilabadlıların problemləri niyə maraqlandırsın ki?!