AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvləri narahatdır

  • + A
  • - A
  • 4-09-2026, 23:59

    Biz, Azərbaycan Kinematoqrafçılar İttifaqının aşağıda imza edən üzvləri, İttifaqda son zamanlar yaranmış böhran vəziyyəti ilə əlaqədar ciddi narahatlığımızı bildiririk.
    Məlumat üçün qeyd edirik ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin 28 avqust 2026-cı il tarixli iclasında qəbul edilmiş qərarla İttifaqın 87 üzvü üzvlükdən çıxarılıb.
    Həmçinin sözügedən iclasda İttifaqın I katibi Şəfiqə Məmmədovanın sədrliyə alternativsiz namizəd olması barədə qərar qəbul olunub.
    Yuxarıda qeyd olunanları nəzərə alaraq, aşağıdakı məsələlərlə bağlı İttifaq üzvlərinə, İttifaqın ali orqanı olan Qurultaya (Konfransa), eləcə də İttifaqın İdarə Heyətinə müraciət edirik:
    1. İdarə Heyəti üzvlükdən çıxarılan 87 nəfərin hər biri ilə bağlı ayrıca açıqlama versin və həmin şəxsin İttifaqın Nizamnaməsinin konkret olaraq hansı maddəsini pozduğunu hüquqi əsaslarla izah etsin. Bu əsaslandırmalar Konfransda İttifaq üzvlərinin diqqətinə çatdırılsın.
    2. İdarə Heyətinin 28 avqust 2026-cı il tarixli iclasının tam və ətraflı protokolu Konfransdan əvvəl Azərbaycan Kinematoqrafçılar İttifaqının rəsmi internet səhifəsində dərc edilərək İttifaq üzvlərinin diqqətinə çatdırılsın.
    Hesab edirik ki, İttifaqın 87 üzvünün üzvlükdən çıxarılması kimi mühüm qərarın əsasları İttifaq üzvlərinə açıqlanmalı, qərarın hansı faktlara əsaslandığı göstərilməlidir. İttifaqın fəaliyyətində şəffaflığın təmin edilməsi baxımından İdarə Heyətinin sözügedən iclasının protokolunun dərc olunmasını zəruri hesab edirik.

    1. Quliyev Rövşən - əməkdar incəsənət xadimi
    2. Məhərrəmbəyli Maarif
    3. Cəfərov Rasim - əməkdar artist
    4. İsayeva Reyhan
    5. Mila Əlibəyova
    6. Məmmədov Səbuhi
    7. Heydərova Ülviyyə
    8. Məmmədov Pərviz
    9. Muradov Murad
    10. Xanəlizadə Elxan
    11. Həsənova Pərvanə
    12. Həsənov Pərviz
    13. Dadaşov Nicat
    14. Abdullayev Soltan
    15. Ərturan Nəcəfi Göl
    16. Allahverdiyev Rəhman
    17. Qəhrəmanov Asif
    18.Rzayev Elnur
    19. İlkin Yusif
    20. Əsgərov Rza
    21. Musayev Kənan
    22.Ağayev Namiq
    23. Mahir Dərviş
    24. Azəryar Vaqif
    25.Sultanov Əli
    26. Mustafayev Sirac
    27. Sədaqət Kamal

    Müraciətə qoşulmaq istəyən AKİ üzvləri şərh bölməsində ad və soyadlarını qeyd edə bilərlər. Dəstək olmaq istəyənlərin paylaşmağı arzuolunandır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR