AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Din xadimlərinin dövlət qulluğuna qadağası məhdudiyyət deyil, mövcud qaydanın konkretləşdirilməsidir

  • + A
  • - A
  • Bu gün, 12:13

    Din xadimlərinin dövlət qulluğuna qadağası məhdudiyyət deyil, mövcud qaydanın konkretləşdirilməsidir

    Son günlər Azərbaycanda yeni qüvvəyə minmiş Dövlət Qulluğu Məcəlləsində din xadimlərinin dövlət qulluqçusu ola bilməməsi ilə bağlı müddəa müzakirələrə səbəb olub. Lakin ekspert Sahib Məmmədovun fikrincə, bu məsələ ətrafında yaradılan ajiotajın heç bir əsası yoxdur. Çünki söhbət yeni qadağadan deyil, əvvəlki qanunvericilikdə də mövcud olan məhdudiyyətin konkretləşdirilməsindən gedir.

    Sahib Məmmədov sosial media hesabında bildirir ki, əvvəlki “Dövlət qulluğu haqqında” Qanunun 20.1.8-ci maddəsi dövlət qulluqçusuna dini təbliğat aparmaq üçün öz statusundan istifadə etməyi və dövlət orqanlarının tabeliyindəki obyektlərdə dini mərasimlərə rəsmi xarakter verməyi qadağan edirdi. Bu baxımdan din xadimlərinin dövlət qulluğunda fəaliyyəti ilə bağlı məhdudiyyətlər əvvəldən də mövcud olub.

    Ekspert diqqətə çatdırır ki, “Dini etiqad azadlığı haqqında” Qanunun 4-1-ci maddəsinə əsasən, din xadimi peşəkar dini fəaliyyətlə məşğul olan, dini ali və ya orta ixtisas təhsilli şəxsdir. Həmin maddədə din xadimlərinin dövlət orqanlarına seçildikdə və ya təyin olunduqda peşəkar dini fəaliyyətlərinin vəzifədə olduqları müddətdə dayandırılması da nəzərdə tutulur.

    Bu isə o deməkdir ki, din xadimi olmuş şəxsin dövlət qulluğuna gəlməsi mümkündür. Bunun üçün o, dövlət vəzifəsini tutduğu müddətdə peşəkar dini fəaliyyətini dayandırmalıdır.

    Sahib Məmmədovun qənaətinə görə, yeni məcəllədəki müddəa 1995-ci ildə qəbul edilmiş Konstitusiyanın 18-ci maddəsindən irəli gələn tələblərlə bağlıdır. Buna görə də həm yerli, həm də Türkiyə mediasında məsələ ətrafında yaradılan müzakirələr reallığı əks etdirmir.

    Yeni qanunvericiliklə din xadimlərinə qarşı əvvəllər olmayan bir qadağa tətbiq edilmir. Sadəcə, mövcud hüquqi məhdudiyyət daha konkret şəkildə ifadə olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR