Türkiyədə “Sözcü TV”nin binasında polis əməliyyatı keçirilib.

“NTV”nin məlumatına görə, səhər saatlarında başlayan əməliyyat zamanı telekanalın bir neçə rəhbər şəxsi saxlanılıb.
Bundan başqa, telekanalın və xəbər saytının idarəçiliyinə qəyyum təyin edilib.
Hazırda binada axtarış tədbirləri davam etdirilir.
Əməliyyatın media şirkətinin sahibi Burak Akbayın FETÖ terror təşkilatı ilə maliyyə əlaqələrinin olması ilə bağlı şübhələr əsasında keçirildiyi bildirilir.
Saxlanılanlar arasında şirkətin Direktorlar Şurasının sədri Funda Tuncer Sıdalı və keçmiş baş direktor Asim Akgül də var.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.