AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sutka ərzində baş verən cinayət və hadisələr

  • + A
  • - A
  • 18-10-2022, 11:06

    Sutka ərzində baş verən cinayət və hadisələr

    Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayon sakinindən külli miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

    DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Kamil Səmədov saxlanılıb. Onun üzərinə və evinə keçirilən baxış zamanı təmiz çəkisi 45 qramdan artıq psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

    Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə adıçəkilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

    Oktyabrın 17-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
    - Axtarışda olduğuna görə ümumilikdə 69, o cümlədən borclu şəxs qismində axtarışda olan 50 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
    - Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb.
    - Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.
    - Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.


    Oktyabrın 17-də saat 10 radələrində Goranboy rayonunun Veyisli qəsəbəsi ərazisində rayon sakinləri Mais Bağırovun idarə etdiyi “Daewoo” və C.Əhmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə M.Bağırov hadisə yerində ölüb, digər sürücü və 4 sərnişin xəstəxanaya yerləşdiriliblər.
    Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.

    Baş Dövlət Yol Polisi İdarəsi və Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Beyləqan rayon sakini Həsrətəli Bəhmənzadənin idarə etdiyi “Hyundai” markalı avtomobilə baxış zamanı sərnişini, Cəlilabad rayon sakini Qadir Məhərrəmova məxsus 250 qram marixuana və 6 qrama yaxın heroin aşkar olunaraq götürülüb.
    Q.Məhərrəmov və H.Bəhmənzadə saxlanılıblar.
    Polis əməkdaşları tərəfindən sürücünün avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən olunub və barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati protokol tərtib olunub.


    Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini L.Ağayevaya qarşı dələduzluq etməkdə, Binəqədi qəsəbəsi ərazisindəki mağazaların birində orada işləyən T.Abbasovanın cüzdanından pul və qəsəbə ərazisindəki neft quyularının birindən 910 manat dəyərində elektrik mühərrikini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Coşqun Əliyev saxlanılıb. Araşdırma aparılır.

    Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinə oktyabrın 17-də saat 10 radələrində F.X.Xoyski küçəsində yerləşən yarmarkada 2 nəfərin xuliqanlıq zəminində Astara rayon sakini T.Baxşiyevi döymələri barədə məlumat daxil olub.
    Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Daşkəsən rayon sakinləri Rafiq Məmmədov və Tural Məmmədov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR