AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Günorta yuxusu ürək-damar xəstəlikləri riskini azaldır – ARAŞDIRMA

  • + A
  • - A
  • 3-02-2026, 21:19

    Günorta yuxusu ürək-damar xəstəlikləri riskini azaldır – ARAŞDIRMA

    Mütəmadi olaraq gündüz saatlarında təxminən 20 dəqiqəlik qısa yuxular ürək-damar xəstəlikləri riskini təxminən üçdə bir nisbətində azalda və bununla da ömür uzunluğunu artıra bilər. Bu barədə uzunömürlü insanların həyat tərzini araşdıran National Geographic tədqiqatçısı Den Byutner TikTok platformasında paylaşdığı videoda məlumat verib. Məlumat Daily Mirror nəşrinə istinadla yayılıb.

    Den Byutner tibbi araşdırmalara əsaslanaraq bildirib ki, həftədə bir neçə dəfə, təxminən 20 dəqiqə davam edən gündüz yuxuları ürək və qan-damar sisteminə düşən yükü əhəmiyyətli dərəcədə azaldır. Həkimlər bu təsiri stress səviyyəsinin enməsi və mərkəzi sinir sisteminin bərpası ilə əlaqələndirirlər.

    Tədqiqatçı qeyd edib ki, nahardan sonra yatmaq vərdişi Yunanıstanda geniş yayılıb. Yunanıstan isə yüz yaşını keçən insanların sayının çox olduğu ölkələrdən biri hesab olunur. Onun sözlərinə görə, məhz bu cür sadə və zövq verən vərdişlər uzunömürlülüyün əsasını təşkil edir.

    “Ömrü uzatmağın ən yaxşı yolları həm həyat keyfiyyətini artıran, həm də insana zövq verən üsullardır. Günorta yuxusu da onlardan biridir,” – deyə Den Byutner vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR