AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Müəllim olmağın çətinlikləri

  • + A
  • - A
  • Bu gün, 11:51

    Müəllim olmağın çətinlikləri

    Təhsil sahəsində müəllim peşəsinin çətinlikləri ilə bağlı diqqətçəkən fikirlər səsləndirilib. Filologiya üzrə fəlsəfə doktoru, dosent, təhsil eksperti Şəmil Sadiq müəllim olmamağın 10 səbəbini sadalayaraq bu peşənin görünməyən tərəflərinə toxunub.

    Onun sözlərinə görə, müəllimlik digər peşələrlə müqayisədə daha az gəlirli olmaqla yanaşı, ciddi qaydalar və çərçivələr daxilində fəaliyyət göstərməyi tələb edir. Bildirilir ki, bu peşəni seçən şəxslər daim yüksək gözləntilərlə üz-üzə qalır və müxtəlif situasiyalarda məsuliyyət birbaşa onların üzərinə düşür.

    Ekspert qeyd edir ki, müəllimlər illər keçsə də eyni mövzuları tədris edir, həm rəhbərlik, həm valideynlər, həm də şagirdlər tərəfindən tez-tez tənqid olunur. Bununla yanaşı, müəllimlərin üzərinə cəmiyyət və vətən qarşısında xüsusi məsuliyyət də düşür.

    Siyahıda müəllimlərin şəxsi həyatına təsir edən məqamlar da yer alıb. Belə ki, gündəlik həyatlarında belə diqqət mərkəzində olan müəllimlərdən tez-tez ilk olaraq şagirdlərinin vəziyyəti soruşulur.

    Bununla belə, Şəmil Sadiq vurğulayıb ki, əgər bir insan sadalanan bütün çətinliklərə dözməyə hazırdırsa və bu məsuliyyətlə yaşamağı qəbul edirsə, o zaman həmin şəxs ən yaxşı müəllimlərdən birinə çevrilə bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR