AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BŞİH: Yağış səbəbindən təhlükəli vəziyyətdə olan ərazilərin sakinləri müvəqqəti hotellərə yerləşdirilib

  • + A
  • - A
  • Bu gün, 17:48

    BŞİH: Yağış səbəbindən təhlükəli vəziyyətdə olan ərazilərin sakinləri müvəqqəti hotellərə yerləşdirilib

    Bakıda və qəsəbələrdə bir neçə gün ərzində yağan aramsız yağışlar nəticəsində təhlükəli vəziyyətdə olan bəzi yaşayış məkanlarının sakinləri müvəqqəti olaraq hotellərə yerləşdirilib.

    Bu barədə Baki Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, Bakının qəsəbələrində yağış fəsadlarının aradan qaldırılması davam etdirilir.

    Qeyd edilib ki, Bakıda və qəsəbələrdə bir neçə gün ərzində yağan aramsız yağışlar nəticəsində bəzi ərazilərdə subasma halları müşahidə edilmişdir, bir çox yerlərdə yığılan sular artıq təmizlənsədə bəzi ərazilərdə bu iş davam etdirilir.

    Mövcud vəziyyətlə bağlı sakinlər tərəfindən rayon icra hakimiyyətlərinə müraciətlər daxil olub. Müraciətlər əsasında Sabunçu, Xəzər, Binəqədi rayonlarında təxliyə işləri aparılıb.

    Vurğulanıb ki, hazırda sözügedən rayonların qəsəbələrində xüsusi texnikalar vasitəsilə suyun çəkilməsi işləri davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR