AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycandakı müharibə əlillərinin rəsmi sayı açıqlanıb

  • + A
  • - A
  • Bu gün, 15:05

    Azərbaycandakı müharibə əlillərinin rəsmi sayı açıqlanıb

    2026-cı il aprel ayının 1-i vəziyyətinə görə, Azərbaycanda müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sayı 19 181 nəfər təşkil edib.

    Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

    Bildirilib ki, müharibə əlillərinin 13 972 nəfəri Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərdir. Onlar ayda təxminən 472 manat Prezident təqaüdü alırlar.

    2 813 nəfər isə hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyi olan şəxslərdir ki, ayda təxminən 475 manat Prezident təqaüdü alırlar.

    Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyi olan şəxslərin sayı 2 396 nəfərdir ki, onlara da ayda 499 manat təqaüd ödənilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR