AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“İsmayıllı Yazarları” Ədəbi-İctimai Birliyinin sədri Özbəkistanın tarixi şəhərlərinə səfər edib

  • + A
  • - A
  • 26-05-2024, 17:22

    “İsmayıllı Yazarları” Ədəbi-İctimai Birliyinin sədri Özbəkistanın tarixi şəhərlərinə səfər edib

    Özbəkistanda səfərdə olan bir qrup azərbaycanlı şair və yazıçının tərkibində “İsmayıllı Yazarları” Ədəbi-İctimai Birliyinin sədri Şahməmməd Soltanov da yer alıb.

    Səfər çərçivəsində nümayəndə heyəti Özbəkistanın qədim tarixə və zəngin mədəni irsə malik Daşkənd, Səmərqənd, Buxara və digər şəhərlərində olub, tarixi-mədəni abidələri, muzeyləri, memarlıq nümunələrini və görməli məkanları ziyarət edib.

    Səfər zamanı iştirakçılar Özbəkistanın zəngin ədəbi və mədəni irsi ilə yaxından tanış olub, Azərbaycan və Özbəkistan xalqları arasında əsrlərə söykənən dostluq münasibətləri, ortaq türk mədəniyyətinin qorunması və ədəbi əlaqələrin inkişafı istiqamətində fikir mübadiləsi aparıblar.

    Bu səfər iki qardaş ölkə arasında mədəni-humanitar əməkdaşlığın möhkəmləndirilməsi, yazıçı və şairlər arasında əlaqələrin genişləndirilməsi, eləcə də ortaq ədəbi-mədəni dəyərlərin təbliği baxımından mühüm əhəmiyyət kəsb edib.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR