AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tələbələr nəqliyyat xərclərinin 10 faizini geri qazana biləcəklər

  • + A
  • - A
  • Bu gün, 17:04

    Tələbələr nəqliyyat xərclərinin 10 faizini geri qazana biləcəklər

    “TələbəPlus” kartının istifadəçiləri üçün nəqliyyat ödənişləri ilə bağlı yeni bonus proqramı istifadəyə verilib.

    Bununla tələbələr “BakıKart” üzrə gediş haqlarını “TələbəPlus” vasitəsilə ödədikdə 10 faiz bonus əldə edə biləcəklər.

    Yeni tətbiq həm fiziki kartla ödənişlərə, həm də QR ödənişlərinə şamil olunur. Bonus imkanından ilin sonunadək gündəlik say limiti olmadan yararlanmaq mümkündür.

    Layihənin məqsədi tələbələrin gündəlik nəqliyyat xərclərinin bir hissəsinin bonus şəklində geri qaytarılmasını təmin etmək və “TələbəPlus” kartının istifadəsi üzrə əlavə üstünlüklər yaratmaqdır.

    Qeyd edək ki, “TələbəPlus” kartı Təhsilin İnkişafı Fondu, “Kapital Bank” və “Visa” tərəfindən tələbələr üçün birgə həyata keçirilən layihədir. Kart vasitəsilə tələbələr nəqliyyatdan istifadə ilə yanaşı, müxtəlif xidmət və məhsullarda bonus və endirimlərdən də yararlana bilirlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR