AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ADMİU tələbələrini hədələyən şəxslərlə bağlı inzibati protokol tərtib olunub

  • + A
  • - A
  • Bu gün, 16:04

    ADMİU tələbələrini hədələyən şəxslərlə bağlı inzibati protokol tərtib olunub

    Sosial şəbəkədə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birinci kurs tələbələri ilə bağlı yayılan video polis tərəfindən araşdırılıb.

    TikTok platformasında yayımlanan canlı yayımda universitetə yeni qəbul olunan tələbələr barədə aşağılayıcı ifadələr səsləndirilib və onların fiziki zorakılığa məruz qala biləcəyi bildirilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfillinin açıqlamasına əsasən, görüntülərdə adı keçən şəxslər araşdırma çərçivəsində Yasamal Rayon Polis İdarəsinə çağırılıblar.

    DİN nümayəndəsi bildirib ki, şəxslərlə profilaktik söhbətlər aparılıb, barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokollar tərtib edilib.

    Həmçinin həmin şəxslərə gələcəkdə bu cür hallara yol verməmələri barədə xəbərdarlıq edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR