Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Azərbaycana yeni təyin olunmuş səfir Giorgi Zakaraşvilini qəbul edib.
Bu barədə Gürcüstanın Prezident Administrasiyası məlumat yayıb.
Prezident sarayında baş tutmuş görüşdə tərəflər Gürcüstanla Azərbaycan arasında strateji tərəfdaşlığın önəmini, həmçinin ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi perspketivlərini müzakirə ediblər.
Xüsusi diqqət Gürcüstan və Azərbaycan arasında uzunmüddətli dostluq münasibətlərinə, eləcə də hər iki ölkənin regionda sülhün, sabitliyin və iqtisadi inkişafın təşviqindəki roluna yönəldilib.
Mixeil Kavelaşvili Giorgi Zakaraşvilini diplomatik missiyasına başlaması münasibətilə təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.