AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zakir Quliyev Gənclər Üçün "Layihələrin Effektiv İdarə Olunması" Mövzusunda Təlim Keçib

  • + A
  • - A
  • 4-04-2026, 11:05

    Zakir Quliyev Gənclər Üçün "Layihələrin Effektiv İdarə Olunması" Mövzusunda Təlim Keçib

    Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES / ASA) gənclərin fərdi və peşəkar inkişafına dəstək məqsədilə növbəti maarifləndirici təlim baş tutub. Təlim Sosial İnkişafa Yardım İctimai Birliyinin sədri Zakir Quliyevin təqdimatında və təlimçiliyi ilə reallaşıb.

    “Layihələrin effektiv idarə olunması və komanda strategiyası” mövzusuna həsr olunan təlimdə gənclərlə interaktiv müzakirələr aparılıb, praktiki tapşırıqlar icra olunub.

    Təlimin gedişatı və nəticələri barədə açıqlama verən Sosial İnkişafa Yardım İB-nin sədri Zakir Quliyev təlimin olduqca uğurlu, praktiki və öyrədici keçdiyini vurğulayıb:

    > “Gənclərlə birgə keçirdiyimiz bu görüşdə layihə idarəçiliyinin mühüm mərhələlərini ətraflı şəkildə nəzərdən keçirdik. İştirakçılara layihənin düzgün yazılması, büdcə planının formalaşdırılması, eləcə də effektiv və güclü komanda quruculuğu strategiyaları barədə həm nəzəri, həm də praktiki biliklər aşıladıq. Gənclərimizin yüksək aktivliyi, həvəsi və kreativ yanaşması bu təlimi daha da unudulmaz etdi. İnanıram ki, burada qazanılan biliklər onların gələcək uğurlarına və sosial fəaliyyətlərinə güclü təkan olacaq.”

    Gənclərdən 4 Mühüm Sosial Layihə İdeyası

    Təlimin praktiki hissəsində gənclər komandalara bölünərək əldə etdikləri biliklər əsasında cəmiyyət üçün böyük əhəmiyyət kəsb edən 4 fərqli layihə təklifi hazırlayıblar:

    * Erkən Nigahın Fəsadları

    * Xəritəmiz

    * Gənc İdmançıların Travmaları

    * Ekranı söndür, həyatı gör!


    İB sədri Zakir Quliyev hazırlanan hər bir proyektin aktual sosial mövzulara toxunduğunu, cəmiyyət üçün faydalı və dərin düşünülmüş təşəbbüslər olduğunu qeyd edərək gənclərə fəaliyyətlərində uğurlar arzulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR