AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İranın Ali Rəhbərinin məktubu Putinə çatdırılıb

  • + A
  • - A
  • Bu gün, 22:19

    İranın Ali Rəhbərinin məktubu Putinə çatdırılıb


    İranın Ali Rəhbərinin məktubu Putinə çatdırılıb

    İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi İranın ali rəhbəri ayətullah Müctəba Xameneinin məktubunu Rusiyanın Prezidenti Vladimir Putinə təqdim edib.

    Mehr agentliyinin məlumatına görə, məktub Moskvada keçirilən görüş zamanı Rusiya Prezidentinə çatdırılıb.
    Görüşün təfərrüatları və məktubun məzmunu hələlik açıqlanmayıb.

    Qeyd edək ki, bir neçə gün əvvəl Vladimir Putinlə Möhsün Rzayi arasında telefon danışığı da baş tutub. Tərəflər söhbət zamanı regionda və dünyada mövcud vəziyyəti, xüsusilə də Qərbi Asiyadakı prosesləri müzakirə ediblər.

    Telefon danışığı zamanı İran xalqına dəstək nümayiş etdirdiyinə görə Vladimir Putinə və digər Rusiya rəsmilərinə təşəkkür ifadə olunub.
    Mənbə: Mehr


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR