Azərbaycan Prokurorluğunun kollektivi müasir müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin Sərəncamına əsasən, 1998-ci ildən etibarən hər il oktyabrın 1-də peşə bayramını geniş qeyd edir. Bu ilki bayram milli prokurorluq orqanlarının yaradılmasının 103-cü ildönümünə təsadüf edib. Bu münasibətlə Baş Prokurorluğun rəhbərliyi oktyabrın 1-də Fəxri xiyabana gələrək, ulu öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn prokurorluğun kollektivi Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinə dərin ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri qoyub, “Əbədi məşəl” abidəsini ziyarət ediblər.
Daha sonra Baş Prokurorluqda 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və milli prokurorluğun yaradılmasının 103-ci ildönümü münasibətilə mərasim keçirilib.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən və Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarında çalışan bütün əməkdaşları, veteranları, onların ailə üzvlərini peşə bayramı münasibətilə təbrik edib.
Kamran Əliyev bu ilki bayram tədbirinin əvvəlki dövrlərdən fərqləndiyini bildirərək bunun səbəbinin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 gün kimi qısa vaxt ərzində torpaqlarımızı düşmən işğalından azad etməsini göstərmişdir.
Baş Prokuror bütün şəhidlərimizə Allahdan rəhmət diləmiş, qazilərimizə can sağlığı arzulamışdır.
Qeyd edilmişdir ki, Prokurorluq orqanlarında həyata keçirilən hüquqi islahatlar nəticəsində Azərbaycan Prokurorluğu milli maraqların və qanunun aliliyinin təmin olunmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsinə xidmət edən müasir dövlət təsisatına çevrilmişdir.
Vurğulanmışdır ki, prokurorluq orqanlarına müasir dünyagörüşlü, bilikli və dövlətçilik ideyalarına sadiq gənc hüquqşünasların qəbulu prokurorluğun fəaliyyətinin təkmilləşdirilməsinə təkan vermişdir.
Xüsusilə qeyd edilmişdir ki, bu gün prokurorluq orqanları qanunların icra və tətbiq olunmasına prokuror nəzarətini və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirilməklə, istintaq və dövlət ittihamının müdafiəsi sahəsindəki fəaliyyəti ilə dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinin müdafiə edilməsində əhəmiyyətli rol oynayır.
Baş prokuror çıxışının sonunda əminliklə bildirib ki, prokurorluq orqanlarının əməkdaşları göstərilən yüksək etimadı doğrultmaq üçün bütün səylərini səfərbər edəcək, bundan sonra da öz vəzifələrinə məsuliyyətlə yanaşaraq, ictimai asayişin təmin olunmasında və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasında respublikanın digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə yaxından iştirak edəcəkdir.
Daha Sonra Baş Prokurorluq tərəfindən təşkil edilən intellektual yarışmada qalib gələn tələbələrin, prokurorluq əməkdaşları arasında keçirilmiş şahmat turniri qaliblərinin, “Prokurorluğun dostu” mükafatına layiq görülmüş media qurumları və onların nümayəndələrinin, xidməti fəaliyyətlərində fərqləndiklərinə görə mükafatlandırılmış prokurorluq əməkdaşlarının təltif olunması mərasimi keçirilmişdir.
Sonda prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaradılmasının 103-cü il dönümünün qeyd edilməsi ilə əlaqədar həyata keçirilmiş silsilə tədbirlərə həsr olunmuş videoçarx prokurorluq əməkdaşları tərəfindən izlənilmişdir.
Tədbirin yekununda Baş Prokuror bir daha əməkdaşları təbrik edərək onlara peşəkar fəaliyyətlərində uğurlar arzu etmişdir. yaradılmasının 103-cü ildönümünə təsadüf edib. Bu münasibətlə Baş Prokurorluğun rəhbərliyi oktyabrın 1-də Fəxri xiyabana gələrək, ulu öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn prokurorluğun kollektivi Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinə dərin ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri qoyub, “Əbədi məşəl” abidəsini ziyarət ediblər.
Daha sonra Baş Prokurorluqda 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və milli prokurorluğun yaradılmasının 103-ci ildönümü münasibətilə mərasim keçirilib.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən və Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarında çalışan bütün əməkdaşları, veteranları, onların ailə üzvlərini peşə bayramı münasibətilə təbrik edib.
Kamran Əliyev bu ilki bayram tədbirinin əvvəlki dövrlərdən fərqləndiyini bildirərək bunun səbəbinin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 gün kimi qısa vaxt ərzində torpaqlarımızı düşmən işğalından azad etməsini göstərmişdir.
Baş Prokuror bütün şəhidlərimizə Allahdan rəhmət diləmiş, qazilərimizə can sağlığı arzulamışdır.
Qeyd edilmişdir ki, Prokurorluq orqanlarında həyata keçirilən hüquqi islahatlar nəticəsində Azərbaycan Prokurorluğu milli maraqların və qanunun aliliyinin təmin olunmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsinə xidmət edən müasir dövlət təsisatına çevrilmişdir.
Vurğulanmışdır ki, prokurorluq orqanlarına müasir dünyagörüşlü, bilikli və dövlətçilik ideyalarına sadiq gənc hüquqşünasların qəbulu prokurorluğun fəaliyyətinin təkmilləşdirilməsinə təkan vermişdir.
Xüsusilə qeyd edilmişdir ki, bu gün prokurorluq orqanları qanunların icra və tətbiq olunmasına prokuror nəzarətini və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirilməklə, istintaq və dövlət ittihamının müdafiəsi sahəsindəki fəaliyyəti ilə dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinin müdafiə edilməsində əhəmiyyətli rol oynayır.
Baş prokuror çıxışının sonunda əminliklə bildirib ki, prokurorluq orqanlarının əməkdaşları göstərilən yüksək etimadı doğrultmaq üçün bütün səylərini səfərbər edəcək, bundan sonra da öz vəzifələrinə məsuliyyətlə yanaşaraq, ictimai asayişin təmin olunmasında və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasında respublikanın digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə yaxından iştirak edəcəkdir.
Daha Sonra Baş Prokurorluq tərəfindən təşkil edilən intellektual yarışmada qalib gələn tələbələrin, prokurorluq əməkdaşları arasında keçirilmiş şahmat turniri qaliblərinin, “Prokurorluğun dostu” mükafatına layiq görülmüş media qurumları və onların nümayəndələrinin, xidməti fəaliyyətlərində fərqləndiklərinə görə mükafatlandırılmış prokurorluq əməkdaşlarının təltif olunması mərasimi keçirilmişdir.
Sonda prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaradılmasının 103-cü il dönümünün qeyd edilməsi ilə əlaqədar həyata keçirilmiş silsilə tədbirlərə həsr olunmuş videoçarx prokurorluq əməkdaşları tərəfindən izlənilmişdir.
Tədbirin yekununda Baş Prokuror bir daha əməkdaşları təbrik edərək onlara peşəkar fəaliyyətlərində uğurlar arzu etmişdir.