AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib

  • + A
  • - A
  • Bu gün, 17:32

    Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib

    Mədəniyyət Nazirliyi mədəni və yaradıcı sənaye (MYS) sahəsində fəaliyyət göstərən hüquqi şəxslər (QHT-lər istisna olmaqla) üçün qrant müsabiqəsi elan edib.

    Bu barədə nazirlik məlumat yayıb.

    Bildirilib ki, müsabiqənin məqsədi mədəniyyət xidmətlərinin və yaradıcı sənaye sahələrinin inkişafını dəstəkləmək, innovativ fəaliyyətləri stimullaşdırmaq və mədəniyyət müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə töhfə verməkdir.

    Müsabiqə çərçivəsində 15 min manatadək kiçik, 15-50 min manat arası orta, 50 min manatdan yuxarı isə böyük qrantlar nəzərdə tutulub. Layihələr milli məzmunlu yaradıcı məhsulların hazırlanması, davranış mədəniyyəti, rəqəmsallaşma, tədqiqat, dublyaj və regionlarda yaradıcı sənayenin dəstəklənməsi istiqamətlərini əhatə etməlidir.

    Müsabiqə altı əsas istiqamət üzrə layihələri əhatə edir. Bunlar milli məzmunlu yaradıcı məhsulların (animasiya, oyun texnologiyaları, memarlıq, musiqi, teatr, dəb və dekorativ-tətbiqi sənət) yaradılması, davranış mədəniyyəti üzrə maarifləndirmə, mədəni və yaradıcı sənaye sahəsində rəqəmsallaşma və innovasiya, tədqiqat və elmi-metodiki fəaliyyət, dublyajın dəstəklənməsi, eləcə də regionlarda mədəni və yaradıcı sənayenin inkişafıdır.

    Müraciətlər noyabrın 26-sı saat 18:00-dək mygrant.culture.az portalı vasitəsilə elektron qaydada qəbul edilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR